Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnfarkt və insultun qarşısını alan qidalar

Bir çox xəstəliklər vardır ki, onlar qanın laxtalanmasının çox olması səbəbindən baş verir. Bu xəstəliklərə infarkt, insult, tromboflebit, venaların varikoz genəlməsi və s. aiddir. Sadalanan xəstəliklərin əmələ gəlmə səbəbini birləşdirən ortaq nöqtə qanın laxtalanma qabiliyyətinin çox olmasıdır

Qanın laxtalanma qabiliyyəti çox olduqda o damarlarda normal dövr edə bilmir və hərəkət etdiyi nahiyələri lazımınca qidalandırmır. Bu ən çox beyin qan damarlarında baş verdiyi zaman daha təhlükəli olur. Qan dövranının zəifləməsi qanın işlədiyi yeri yetərincə oksigenlə qidalandırmadığı üçün həmin nahiyələr oksigen aclığı yaşayır. Bu orqanizmin istənilən orqan və toxumalarında baş verə bilir.

Qanın yaxşı işləmədiyi nahiyələrdə isə infarkt,i nsult və bu kimi müxtəlif xəstəliklər meydana çıxır. Bunun baş verməməsi üçün isə xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edir. Amma bəzi qidalar da vardır ki, onları qida rasionunuza daxil etməklə siz qanınızın laxtalanma qabiliyyətini normallaşdıra bilərsiniz. Sizləri qanın tərkibinin dəyişilmsinə təsir edən qida maddələrini təqdim etmək istəyirəm.

1. Qanı duruldan qidalar.

Çoxlu su için. Su dedikdə mütəxəssislər təbii bulaq suyunu nəzərdə tutur. Hər böyük adam ən azı gün ərzində 2-2,5 litr su içməlidir. Bu ən çox isti havalarda vacib sayılır. Bol içilən təbii su qanda trombların əmələ gəlməsinin qarşısını alır.

Bundan başqa mütəxəssislər profilaktika məqsədilə qanın laxtalanmasının azalması üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir:

* zeytun və kətan yağı

* alma sirkəsi

* sarımsaq və soğan (mütəmadi olaraq istifadə etmək)

* limon

* günəbaxan tumu

* çuğundur

* tomat və pomidor

* zəncəfil

* moruq, çiyələk, böyrütkən, albalı.

Bu sadalananların hər gün ən azı ikisinin süfrədə olması qanın laxtalanmasının qarşısını alır.

2. Mütəxəssislər qanın laxtalanmasını sürətləndirən qidaların adlarını açıqladılar.

Bunlara aiddir:

* ət bulyonu

* kolbasa və sosiska

* hisə verilmiş qidalar

* ağ çörək

* qaymaq

* bağayarpağı

* banan və manqo

* bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)

3. Qanı az miqdar qatılaşdıran maddələr

* siqaret

* spirtli içkilər

* çoxlu duz qəbulu

* sidikqovucular

* hormonal dərmanlar.

Mütəxəssislər qanın normal işləməsi və bütün toxumaları qidalandırması üçün çoxlu piyada gəzməyi, idmanla məşğul olmağı məsləhət bilirlər.(Milli.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar