Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilib

Fırıldaqçılıqda ittiham olunaraq üç il həbs cəzası çəkən Pakistanın keçmiş baş naziri və “Ədalət Hərəkatı” müxalifət partiyasının lideri İmran Xan sentyabrın 25-də üçüncü arvadı Büşra Bibi ilə evləndiyi zaman İslam normalarını pozduğu iddiası ilə məhkəmə qarşısına çıxmalıdır...

Büşra Bibi özü də məhkəmə qarşısına çıxmalıdır. Məhkəmə iclasında İ.Xanın üçüncü arvadı ilə evlənməsi, müsəlman qadının ərinin ölümündən və ya boşandıqdan sonra o, yeni nikaha girənə qədər davam edən və İslam qanunları ilə müəyyən edilmiş məcburi subaylıq müddəti olan “iddə”ni pozmaqda ittiham ediləcəyi gözlənilir. Büşra Bibi ilk əri, gömrük məmuru Xavər Manekadan 30 illik evliliyindən sonra 2018-ci ildə boşanıb. O, 2018-ci ilin avqustunda hökumət başçısı seçilməzdən yarım il əvvəl İmran Xanla evlənib. Əvvəlki evliliyindən üç yetkin qızı və iki oğlu var.

Xatırladaq ki, 70 yaşlı İmran Xanın “qeyri-islam nikahı” ilə bağlı yeni məhkəmə prosesi siyasətçiyə qarşı küfrdən tutmuş terrorizmə qədər 150 müxtəlif ittihamla qaldırılan cinayət işlərinin uzun siyahısında növbəti cinayət işi olacaq.

Poliqon.info


Etiket: İmran Xan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay