Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər?

Ceyhun Bayramov bildirdi ki, sülh sazişinin imzalanması qaçılmazdır...

Politoloq: “Ötən ilin sonunda olduğu kimi bu il də ErmənistanAzərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər geniş vüsət alır. İntensiv görüşlər, təmaslar bir-birini əvəz edir”.

“Burada əsas məsələ bundan ibarətdir ki, sülh, təhlükəsizlik, sabitlik və birgə yaşayışla bağlı fikirlər təşviq olunsun. Belə yanaşmalarla sülh haqqında danışmaq olar”.

Bu fikirləri politoloq İlyas Hüseynov Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi imzalanması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

ADA Universitetində jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, sülh sazişinin imzalanması qaçılmazdır. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Srağagün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirdi.

Bəs Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə real görünür? Və bu müddətdə Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası mümkün görünürmü?

Azərbaycanla Ermənistan arasındakı son prosesləri Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bütün sülhə qarşı olan fikirlər gərginliyin artmasına, eskalasiyanın güclənməsinə gətirib çıxara bilər”.

Bir neçə gündür həm müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlılarının olduğu bölgədə, həm də Ermənistan-Azərbaycan sərhəddə mövqelərimizin atəşə tutulduğuna nəzər salan politoloq bildirib ki, bu sülh prosesinə qarşı olan qüvvələrin və birbaşa olaraq Ermənistanın işidir:

“Ötən ilin sonunda olduğu kimi bu il də ErmənistanAzərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər geniş vüsət alır. İntensiv görüşlər, təmaslar bir-birini əvəz edir. İyunun 12-də biz ABŞ-da XİN səviyyəsində görüşlərin keçiriləcəyini müşahidə edəcəyik. Ardınca iyulun 21-də Brüssel formatında ali səviyyədə görüşlərin davam etdirilməsi proqnozlaşdırılır. Həmçinin oktyabrın 5-də İspaniyanın Qranoida şəhərində Avropa Siyasi Birliyinin 3-cü zirvə toplantısında tərəflər yenə də görüşəcəklər.

Qərb müstəvisində keçirilən bu görüşlərdə əsas müzakirə mövzusu sülh gündəliyi, sülh prosesi, sülh müqaviləsinin imzalanması və detallardır. Bu xüsusda qeyd etmək lazımdır ki, cənab prezident Laçında öz çıxışı zamanı Qarabağ iqtisadi zonasında olan ermənilərin tərkisilah edilməsi, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində mühum mesajlar verdi. Prezidentin çıxışında ambisiyanın olacağına dair də mesaj vardı və İlham Əliyev bildirdi ki, yalnız Azərbaycanın istəkləri, şərtləri yerinə yetiriləcəyi təqdirdə bu məsələyə baxmaq olar.

İlyas Hüseynov: “Ermənistanda silahlanmağa cəhd geniş vüsət alır”.

Region hərbisizləşdirilməlidir, Ermənistan silahlı qüvvələrinin qalıqları regionu tərk etməlidir. Üçtərəfli birgə bəyanatın 4-cü bəndi yerinə yetirilməlidir. Bu hallar yerinə yetirilirsə, onda reinteqrasiya prosesi surətlənə bilər. Əks halda görürük ki, Ermənistanda silahlanmağa cəhd geniş vüsət alır. Status-kvonu dəyişmək fikirlər var və revanşizm əhval-ruhiyyəsi də Ermənistanda mövcuddur.

Buna görə də, burada əsas məsələ bundan ibarətdir ki, sülh, təhlükəsizlik, sabitlik və birgə yaşayışla bağlı fikirlər təşviq olunsun. Belə yanaşmalarla sülh haqqında danışmaq olar. Əks təqdirdə bütün sülhə qarşı olan fikirlər gərginliyin artmasına, eskalasiyanın güclənməsinə gətirib çıxara bilər.

Bir neçə gündür ki, həm müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlılarının olduğu bölgədə, həm də Ermənistan-Azərbaycan sərhəddə mövqelərimiz atəşə tutulması hallarını görürük. Beləliklə də, gərginlik artır. Bu da sülh prosesinə qarşı olan qüvvələrin və birbaşa olaraq Ermənistanın işidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay