Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

PİA.az xəbər verir ki, Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzuladı və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirib.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

PİA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay