Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT və ərəb təşkilatları İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib

Bir sıra ərəb ölkələri və təşkilatları - Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın ən böyük İslam Universiteti “Əl-Əzhər” müsəlmanlar üçün müqəddəs Qurani Kərimin şənbə günü İsveçin paytaxtında yandırılmasını pisləyib...

Ərəb Liqasının parlamenti “beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə və bütün bəşəri - əxlaqi dəyərlərə və prinsiplərə zidd olan, müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran və onlara qarşı yönəlmiş bu qəbuledilməz hərəkətləri qınamağa çağırıb”

“Əl-Əzhər” universiteti baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb.

Bəhreyn, Misir, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin xarici işlər nazirlikləri də hadisəni pisləyib.

Qeyd edək ki, şənbə günü sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi yandırıb. Paludan çıxışında NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.(oxu.az)

pia.az


Etiket: İƏT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay