Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökümət heç olmasa, çoxuşaqlı ailələrə uşaq pulu versin” - Sosioloq

Bu məslədə hökümətin tutduğu mövqe başa düşülən deyil...

Elçin Bayramlı: “Uşaq pulu ilə məsələ uzun illərdir gündəmə gətirilir və müzakirə olunur. Amma bununla bağlı verilən rəsmi reaksiyalar tamamilə absurddur”.

“Uşaq pulunu bütün uşaqlara verməyi özlərinə yük hesab edirlərsə, onda heç olmasa, imkansız ailələrin uşaqları üçün verilsin”.

Bu sözləri sosiaolq Elçin Bayramlı Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı olan problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Uzun müddətdir ki, Azərbaycanda uşaq pulu ilə bağlı müzakirələr aparılır. Əslində hökümətin uşaq pulunun verilməməsi ilə bağlı göstərdiyi arqumantlərdə heç məntiqli görünmür. Çünki Azərbaycan büdcəsi bəzi məmurlar tərəfindən elə bir şəkildə talan olunur ki, bu talanın yanında uşaq pulunun verilməsi büdcəyə heç də böyük yük olmaz. Həm də Azərbaycanın neft gəlirləri son bir ildə artdığına görə bu məslədə hökümətin tutduğu mövqe də başa düşülən deyil.

Qeyd edək ki, Azərbaycandan daha kasıb ölkələrdə belə uşaq pulu verilir. Eyni zamanda bu demoqrafik problemlərin həllində də yardımçı olur.

Ümumiyyətlə, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı hansı problemlər var və dövlət uşaqların sosial müdafiəsini yetərincə təmin edirmi? Bu aspektdə hökümətin uşaq pulu ilə bağlı mövqeyini necə dəyərləndirmək olar?

Sosoial sferada ölkənin aktual olan mövzularından biri olan uşaq pulu məsələsini PİA.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Dövlət aylıq gəliri 500 və uşaq sayı 3 olan ailəyə hər uşağa görə 100 manat verərsə belə, yenə bu ailənin yoxsulluq dərəcəsidir. Ən azından belə ailələrin yoxsulluq səviyyəsində yaşaması üçün dövlət bunları etməlidir”.

Uşaq pulunun verilməsi üçün ölkədə lazım olandan da daha çox imkanların olduğunu vurğulayan sosioloq PİA.az-a bildirib ki, dövlət uşaq pulunu verməməsini əslandırmalıdır. Hökümət dövlətin sosial yükü artırmaq istəmirlərsə, onda ünvanlı sosial yardımı ləğv edib, əvəzində daha çox ünvanlı olan uşaq pulunu bərpa etsinlər:

“Uşaq pulu ilə məsələ uzun illərdir gündəmə gətirilir və müzakirə olunur. Amma bununla bağlı verilən rəsmi reaksiyalar tamamilə absurddur. Rəsmilərin verdiyi açıqlamalarda nəiqtisadi, nə sosial, nə də maliyyə cəhətdən əsaslanma yoxdur. Dünyanın əksər ölkəsində, az qala bütün ölkələrində uşaq pulu ödənilir.

Ünvanlı sosial yardımın verilməsindəki vəziyyət hamıya məlumdur. Bu sahədə çox biabırçılıqlar var. Sosial yardım adından da göründüyü kimi ünvanlı yardımdır. Amma uşaq pulu konkret ünvanlı yardımdır. Azərbaycanda uşaq pulunun verilməsi ilə bağlı heç bir maliyyə problemləri yoxdur. Bizim dövlətin maliyyə gəlirləri nəzərdə tutlanlardan da dəfərlər artıqdır. Məsələn bu il götürülən neftin büdcə qiyməti nəzərdə tutlandan 3 dəfə çoxdur. Çünki neftimizin qiyməti durmadı artır. Eyni zamanda qazın qiyməti də bahalaşır və Rusiyaya tətbiq olunan sanksiyalar fonunda Azərbaycanın neft və qazına Avropada ehtiyac hər gün daha da artır.

Rəsmilər bəhanə edərək deyirlər ki, guya əhalinin sayında azalma olmadığına görə uşaq puluna da ehtiyac yoxdur. Bu da absurd yanaşmadır. Əslində uşaq pulu əhali sayının atmasına görə yox, uşaqların sağlam böyüməsi üçündür. Hökümət bu meyarı əsas götürməlidir.

Uşaq pulunun verilməsi üçün ölkədə lazım olandan da daha çox imkanlar var. Dövlət uşaq pulunu verməməsini əsəlandırmalıdır. Onlar dövlətin sosial yükü artırmaq istəmirlərsə, onda ünvanlı sosial yardımı ləğv edib, əvəzində daha çox ünvanlı olan uşaq pulunu bərpa etsinlər.

Uşaq pulunu bütün uşaqlara verməyi özlərinə yük hesab edirlərsə, onda heç olmasa, imkansız ailələrin uşaqları üçün verilsin. Burada ailədə adam başına düşən məbləğ götürülə bilər. Ailə gəliri az olan ailələrə uşaq pulu vermək olar. Məsələn 3 uşaqlı 5 nəfərlik ailənin ayda 500 yaxud 1000 manat gəliri varsa, bu çox azdır. Çünki yaşayış minimumu 200 manatdan çoxdur. Buna görə də dövlər belə ailələrə yardım etməlidir.

Elçin Bayramlı: “Uşaq pulunun verilməsi üçün müxtəlif variantlar var. Bu variantlardan heç birini etməmək biabırçılıqdır”.

Hökümət bunu da edə bilmirsə, heç olmasa, çoxuşaqlı ailələrə uşaq pulu verilsin. Son zamanlar ölkədə demokrafiq problemlər artıq. Bir uşaqlı ailələr artır. Bu da dəhşətli bir problemin başlanğıcıdır. Bunun qarşısını almaq lazımdır. Çünki bir uşaqlı ailələr anormal ailə modelidir.

Uşaq pulunun verilməsi üçün müxtəlif variantlar var. Bu variantlardan heç birini etməmək biabırçılıqdır. Dünyanın bütün ölkələri əhalisinin artmasına və uşaqların sağlam böyüməsinə çalışır. İndi uşağın xərci böyükdən çoxdur. Ölkədə minimum maaş da biabırçılıqdır. Bu maaşla uşaq saxlamaqdan söhbət belə gedə bilməz. Buna görə də hökumət konkret sosial proqramı qəbul etməlidir. Dövlət aylıq gəliri 500 və uşaq sayı 3 olan ailəyə hər uşağa görə 100 manat verərsə belə, yenə bu ailənin yoxsulluq dərəcəsidir. Ən azından belə ailələrin yoxsul yaşanası üçün dövlət bunları etməlidir.

Hesab edirəm ki, uşaq pulu ilkin başlanğıcda 100 manat, aylıq isə 1000 manata çatmalıdır. Çünki uşağın doğum xərcləri minimum 1000 manata başa gəlir. Heç olmasa, dövlət bunu ödəməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay