Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan Rusiya neftini 60 dollardan yuxarı almağa hazırdır

Hindistanın maliyyə naziri Nirmala Sitharaman bildirib ki, onun höküməti iqtisadi riskləri siyasi sanksiyalardan daha vacib hesab edir…

Poliqon xəbər verir ki, Hindistanın maliyyə naziri bunu Bloomberg Agentliyinə müsahibəsində deyib.

Hindistan Rusiya neftini G7-nin müəyyən etdiyi tavan qiymətdən yuxarı qiymətə almaq imkanlarını araşdıracaq. Nirmala Sitharaman Bloomberg-ə müsahibəsində qeyd edib ki, ölkə iqtisadi riskləri siyasi sanksiyalardan daha vacib hesab edir.

Hindistanın maliyyə naziri Nirmala Sitharaman ölkəsinin Rusiya neftinin bir barel üçün 60 dollardan yuxarı qiymətə satılıb-almayacağı sualını cavablandırırkən deyib ki, onlar bunu mümkün hesab edirlər:

“Bəli, çünki əks halda biz ödəyə biləcəyimizdən daha çox pul ödəməli olacağıq. Bizim əhalimiz çoxdur və buna görə də ödəyə biləcəyimiz qiymətlərdə neft axtarmalıyıq”, deyə nazir bildirib.

Nazir qeyd edib ki, Hindistan bütün dünya ilə eyni problemlərlə, inflyasiya ilə mübarizə və iqtisadi artımı saxlamaq zərurəti üzləşir. Hindistan və Çin Rusiya neftinin ən böyük alıcılarına çevriliblər, lakin indi bunun üçün daha çox pul ödəməli ola bilərlər. Nirmala Sitharaman vurğulayıb ki, OPEC+ alyansının aparıcı üzvlərinin may ayında hasilatı azaltmaq barədə gözlənilməz qərarı qara qızıl fyuçers kotirovkalarında nəzərəçarpacaq artıma səbəb olub.

“Hindistan istehlak etdiyi bütün neftin təxminən 80%-ni idxal edir, buna görə də bu, ölkə üçün çox vacib iqtisadi amildir”, deyə Nirmala Sitharaman deyib.

Onun sözlərinə görə, qlobal cənub Ukraynadakı müharibə və bu müharibəni müşayiət edən amillərlə, o cümlədən sanksiyalarla bağlı gözlənilməz nəticələrdən əziyyət çəkməməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar