Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı - Video

Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi illərinə təsadüf edən videosu yayılıb.

Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Hikmət Mirzəyev xüsusi təyinatlı taborun komandiri kimi şəxsi heyət qarşısında çıxış edir.

O, döyüşə gedəcək xüsusi təyinatlı taborun qarşısında bu sözləri deyir:

“Ürəklər yanır. Biz bu günləri taborun adından bir daha söz verməliyik. Azərbaycan milləti qarşısında, torpaqlarımızın, şəhid olan qardaşlarımızın, namusuna toxunulan ana-bacılarımızın qarşısında söz verməliyik. Torpaqlarımızın azadlığı uğrunda söz verməliyik. Burada duranlar hamısı ürəkli kişilərdir. Əsgər demirəm, kişilərdir. Getməmişdəm əvvəl and mərasimi olacaq. Biz bir daha Azərbaycanımızı, millətimizi qorumağa and içəcəyik. Mən inanıram ki, bizim batalyon son sözünü orada deyəcək”.

Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, FüzuliCəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib

“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay