Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbiçilərin mübadiləsi yubanır... - Proses təxirə salına bilər?

Hər iki tərəfdən saxlanılan hərbiçilərin dəyişdirilməsi ilə bağlı razılaşma olsa da, bu hələ ki, reallaşmayıb...

Politoloq: “Baxmayaraq ki, əsirlərin mübadiləsinə dair razılıq əldə olunub, hələ ki, onun icrası yubadılır. Bu bir qədər qaranlıq məqamdır”.

“Əgər hər hansısa bir kənar müdaxilə olmasa, bu ilin sonu gələn ilin əvvəlində sülh istiqamətində də irəliləyişə nail olmaq mümkündür”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan arasında olan münasibətləri Poliqon-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan arasında hörmət əsasında normallaşma prosesi üçün perspektivlər formalaşıb. Eyni zamanda son zamanlar İrəvan rəsmilərinin ritorikasında da bir dəyişiklik hiss olunur. Lakin iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş olsa da, hələ ki, durğunluq mərhələsi hökm sürür. Saxlanılan hərbiçilərin dəyişdirilməsi ilə bağlı razılaşma olsa da, bu da hələ ki, reallaşmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı ilk dəfə birgə açıqlama yayıblar. Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edəcək. Birgə bəyanatdan bir həftə keçməsinə baxmayaaraq, mübadilə hələ də baş tutmayıb. Daha əvvəl verilən məlumata görə mübadilə Azərbaycan-Ermənistan sərhədində reallaşmalıydı.

Tərəflər saxlanılan şəxslərin mübadiləsini niyə yubadırlar? Bu məsələ ətrafında hansı problem ola bilər və prosesin təxirə salınması ehtimalı varmı?

Əsirlərin mübadiləsinin aparılması prosesinin gecikdirilməsinin səbəblərini Poliqon-un əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “AzərbaycanErmənistan arasında əldə olunan razılaşma tarixi əhəmiyyət kəsb edir”.

Saxlanılan hərbiçilərin mübadiləsi məsələsinin öz həllini tapacağına inanan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, yəqin ki, yaxın zamanda iki Azərbaycan hərbiçisi öz evlərinə, doğmalarına, əzizlərinə qovuşacaqlar:

“Düşünürəm ki, AzərbaycanErmənistan arasında əldə olunan razılaşma tarixi əhəmiyyət kəsb edir. İlk dəfə idi ki, sülh prosesində çox böyük irəliləyiş əldə olunurdu. Bildiyimiz kimi buna qədər sülh yönündə bir sıra razılaşmalar olub, tərəflər bir-birlərinin mövqeyini qəbul edib, konsensus istiqamətində praktiki addımlar atılıb, ərazi bütövlüyü qarşılıqlı tanınıb, Azərbaycan öz konstitutsiya quruluşunu, ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Lakin işin maraqlı tərəfi bundan ibarətdir ki, vasitəçi olmadan AzərbaycanErmənistan arasında bir sıra məsələlər üzrə razılıq əldə olunurdu. Əsirlərin mübadiləsi, bir-birlərinin namizədliyini beynəlxalq müstəvidə dəstəkləmək, sülh və etimad quruculuğu mühitinin yaradılması kimi çox mühüm detallar Azərbaycan Respublikası Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında keçirilmiş danışıqların nəticəsi kimi bəyanatda qeyd olunub.

Baxmayaraq ki, əsirlərin mübadiləsinə dair razılıq əldə olunub, hələ ki, onun icrası yubadılır. Bu bir qədər qaranlıq məqamdır. Amma düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Yəqin ki, yaxın zamanda iki Azərbaycan hərbiçisi öz evlərinə, doğmalarına, əzizlərinə qovuşacaqlar. Bunun özü də cənab prezident İlham Əliyevin humanist davranışlarının bir göstəricisidir.

İlyas Hüseynov: “Azərbaycana qarşı olan inam və etimad nəyinki sarsılıb, əksinə Azərbaycan öz məqsədlərinə və qlobal hədəflərinə doğru irəliləyir”.

Eyni zamanda bir nəticə də var. COP29 tədbiri gələn il Azərbaycanda keçiriləcək. Bu iqlim dəyişikliyinə həsr olunan BMT-nin ən mötəbər tədbirlərindən biridir. Bu gün dünyada iqlim dəyişikliyi mövzusuna böyük diqqət ayrılır. Əlbəttə ki, bu tədbirin turizm sahəsi ilə yanaşı, siyasi dividentləri də olacaq. Bildiyimiz kimi Şərqi Avropa blokunda Ermənistan, Azərbaycan və Bolqarıstan öz namizədliyini irəli sürmüşdü. Ermənistan öz namizədliyini Azərbaycanın xeyrinə geri çəkdi, ardınca Bolqarıstan da öz namizədliyini geri götürdü.

Əlbəttə ki, Qoşulmama Hərəkatına sədrlik və Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmasından sonra düşünürəm ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ən əlamətdar hadisə kimi tarixə qeyd olunacaq. Bu Azərbaycana qarşı beynəlxalq müstəvidə fəaliyyət göstərən qüvvələrə qarşı da bir cavabdır. Bu göstərir ki, Azərbaycana qarşı olan inam və etimad nəyinki sarsılıb, əksinə Azərbaycan öz məqsədlərinə və qlobal hədəflərinə doğru irəliləyir.

Düşünürəm ki, sülh istiqamətində də bir nəticə əldə olunacaq. Əgər hər hansısa bir kənar müdaxilə olmasa, bu ilin sonu gələn ilin əvvəlində sülh istiqamətində də irəliləyişə nail olmaq mümkündür. Bunu biz arzulayırıq və tərəqqi edirik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay