Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Fələstin Azadlıq Təşkilatı ilə Qəzzanın gələcəyi ilə bağlı danışıqlar aparır

Fələstinin radikal HƏMAS hərəkatı əzəli rəqibi Fələstin Azadlıq Təşkilatı (FAT) ilə Qəzza zolağının və İordan çayının qərb sahilinin gələcəyini müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər yaraqlılar İordan çayının qərb sahilində hakim Fələstin Azadlıq Hərəkatının liderləri ilə əlaqə saxlayıblar. Danışıqlarda HƏMAS-ı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və təşkilatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal təmsil edib.

Görüş FATtərəfindən təşkilatın Mərkəzi Komitəsinin üzvü, İsrail hakimiyyəti ilə təmaslara cavabdeh olan Hüseyn əl-Şeyxin iştirakı ilə baş tutub. FAT-ın gənclərinin keçmiş lideri Məhəmməd Dahlan və Fələstin Milli Administrasiyasının keçmiş baş naziri Salam Fayyad da danışıqlarda iştirak ediblər.

Nəşrin məlumatına görə, bu danışıqlar zamanı HƏMAS liderləri Fələstin Azadlıq Təşkilatına qoşulmağa və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara dəstək verməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda, radikallar İsraillə bağlı mövqelərini dəyişməyi planlaşdırmırlar. HƏMAS Siyasi Bürosunun üzvü Hussam Badranın qeyd edib ki, bu cür müzakirələr “beynəlxalq ictimaiyyətlə, xüsusən də sanksiyalar altında olan HƏMAS-la əməkdaşlıq etmək istəməyən Avropa ölkələri ilə danışıqların aparılmasına kömək edəcək”.

Qəzetin mənbələri qeyd edib ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın danışıqlardan xəbəri olmayıb və davam edən danışıqlardan xəbər tutaraq məsləhətləşmələri dayandırmağı tələb edib. Bununla belə, Badran HƏMAS rəsmiləri arasında fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib edib.

“HƏMAS rəhbərliyi həm Qəzzə daxilində, həm də ondan kənarda müxtəlif məsələlərdə strategiya və siyasi mövqelərlə bağlı eyni fikirdədir”, deyə Badran bildirib.

Badranın sözlərinə görə, radikallar atəşkəs yox, İsraillə bütün fələstinli məhbusların qalan israilli girovların dəyişdirilməsi ilə bağlı danışıqlara başlamağa imkan verəcək tammiqyaslı atəşkəs istəyirlər.

Qəzet vurğulayır ki, HƏMAS və FAT arasında hər hansı səlahiyyət bölgüsü razılaşması Fələstin Adminstrasiyasının hazırkı lideri Mahmud Abbası narazı sala bilər. Lakin HƏMAS və Fələstin Adminstrasiyası arasında Qəzza zolağının gələcək idarə edilməsinə dair razılaşmaların əldə olunmasında ən böyük rəqibi İsraildir ki, Təl -Əviv hələ də anklavda əməliyyatın əsas məqsədini yaraqlıların tamamilə məhv edilməsi hesab edir.

HƏMAS-la FAT arasında müqavilə, gərginliyin növbəti mərhələsi başa çatdıqdan sonra Qəzzada hakimiyyətin Fələstin Adminstrasiyasına keçməsində israr edən ABŞ tərəfindən də rədd edilə bilər.

Xatırladaq ki, dekabrın 15-də Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin üzvü Əzzam əl-Əhməd bildirib ki, təşkilat Misirin paytaxtında Fələstinin HƏMAS hərəkatı ilə təcili görüş keçirməyə hazırdır. O, əlavə edib ki, Fələstin prezidenti Mahmud Abbas HƏMAS-la əlaqə yaratmaq üçün göstəriş verib.

FAT və HƏMAS arasındakı əlaqələr

1990-cı illərdə Oslo danışıqları Fələstin Azadlıq Təşkilatı və İsrailin qarşılıqlı tanınması ilə nəticələnib. İmzalanmış sənədlərə uyğun olaraq İordan çayının qərb sahili və Qəzza zolağının ərazilərində özünüidarəetmə sistemi tətbiq edilib. Xüsusilə, Fələstin Milli Administrasiyası ən yüksək orqan və parlamentin səlahiyyətlərinə malik Fələstin Qanunvericilik Şurası təsis edilib.

2006-cı il yanvarın 25-də Qəzzada keçirilən seçkilərdə mandatların əksəriyyətini FAT-a daxil olmayan radikal HƏMAS hərəkatının nümayəndələri qazanıblar. 2007-ci ildə Fələstin təşkilatları arasında münaqişə yaranıb. HƏMAS yaraqlıları Qəzza zolağında hakimiyyəti silahların köməyi ilə ələ keçirdilər. O vaxtdan bəri Fələstin iki hissəyə bölünüb: Qəzza zolağı HƏMAS-ın nəzarətindədir, İordan çayının qərb sahili isə FAT-ın rəhbərlik etdiyi Fələstin Təşkilatlarının nəzarətindədir.
Qəzzada seçkilər bir neçə dəfə təxirə salınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay