Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim qripdən sonrakı ölümcül fəsadlar barədə danışdı

Xəstəlikdən sonra bir neçə ay ərzində baş verən infarkt və insultlar hazırda qripin ağırlaşması kimi qəbul edilir...

“Qripdən sonra yarana bilən insult, infarkt, ağciyər iltihabı, meninqoensefalit ölümə səbəb ola bilər”.

Bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Zoya Skorpilyova xəbərdarlıq edib.

Onun sözlərinə görə, xəstəlikdən sonra bir neçə ay ərzində baş verən infarkt və insultlar hazırda qripin ağırlaşması kimi qəbul edilir.

Həkim həmçinin qeyd edib ki, orqanizmin ölümcül nəticələrdən qorunmasına kömək etmək lazımdır.

“Niyə biz mütəmadi olaraq insanları qripə qarşı peyvənd vurdurmağa çağırırıq? Peyvənd xəstəlikdən müdafiə etmir, amma fəsadlardan, ağır formalardan və ölümlərdən 100% qoruyur. Bu, uzun illər ərzində tam sübut edilib”, - deyə immunoloq vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, Rusiya ilə qonşu olan bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda mövsümi qrip infeksiyası yayılıb. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi ailə sağlamlıq mərkəzlərinə qrip əleyhinə peyvəndlər paylayıb. Qurum ilk növbədə azyaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunmasını tövsiyə edir.

pia.az


Etiket: qrip


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar