Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havanın çirklənməsi xroniki öskürək yarada bilər

İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin professoru Bilun Gemicioğlu çirklənmiş havanın tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təhlükəli olduğunu deyib.

 Poliqon.info  bildirir ki, professor iki aydan çox davam edən xroniki öskürəyin səbəbinin hava çirkliliyi ola biləcəyini ifadə edib.

B.Gemicioğlu qeyd edib ki, havanın çirklənməsi səbəbindən dünyada hər il milyonlarla insan həyatını itirir. Sürətli və plansız urbanizasiya, nəqliyyatın hərəkəti, keyfiyyətsiz yanacağın istifadəsi, fabrik və zavodların sayının artması kimi müxtəlif səbəblərdən 30-dan çox kimyəvi maddə havanı çirkləndirir: "Aldığınız hər nəfəs bədənə zərər verir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Havanın çirklənməsi bütün dünyada günü-gündən artmağa davam edən böyük bir problemdir. Bu göstəricidən dünya əhalisinin 90 faizi təsirlənir. Hava çirkliliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlar var. Təəssüf ki, dünyanın bir çox yerində hava çirklənməsi bu standartların üstündədir. Hava çirklənməsi ürək-damar problemləri, astma və digər ağciyər xəstəlikləri olan insanlarda ağırlaşmaya, hətta insult və pnevmoniyaya səbəb olur. Risk qruplarına 65 yaşdan yuxarı insanlar və uşaqlar, eyni zamanda qeyd edilən xəstəliklərdən əziyyət çəkənlər daxildir",- deyə bildirib.

Ana bətnində olan körpələrdə havanın çirklənməsi səbəbindən gələcəkdə sağlamlıq problemlərinin yaranacağını qeyd edən professor deyib: "Hava çirklənməsi göstəriciləri müəyyən edilən risk normalarına uyğun olarsa, çoxlu sayda insanın ölümünün qarşısı alına bilər. Son illərdə aparılan araşdırmalara görə, dünyada 9 milyon insan havanın çirklənməsinin yaratdığı bəzi xəstəliklərə sahibdir. Bu problemlərə pnevmoniya, insult, ağciyər xəstəlikləri, xərçəng daxildir".

Professor insanlarda yaranan xroniki öskürəyin bir çox səbəbinin olduğunu qeyd edib: "Soyuqdəymə və ya müəyyən hava-damcı infeksiyaları xroniki öskürəyə səbəb olur. Lakin iki aydan çox davam edən öskürəyinizin səbəbi havanın çirklənməsi ola bilər".

Poliqon.info


Etiket: Hava öskürək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar