Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Prezident ölkədə milli birliyi pozmağa cəhd edən qüvvələrə qarşı qəti mövqe bildirməlidir”

“Cənab Prezidentin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxış çox önəmli bir çıxış idi”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı. Prezident türk dövlət başçılarını Qarabağa dəvət etdi.

Bəs ölkə başçısının prioritet məsələsi olan türk dövlət başçılarının Qarabağa səfərlərini təşkil etmək mümkün olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ölkənin içində olan müəyyən qüvvələr hal-hazırda Prezidentin apardığı siyasətə kölgə salmaq üçün həm İranla, həm Rusiya ilə, həm də Ermənistanla gizli şəkildə birgə əməkdaşlıq edirlər”.

Prezidentin türk dövlətlər başçılarını Qarabağa dəvət etməsinin arzuolunan olduğunu vurğulayan partiya sədri bildirib ki, Prezident bunu səsləndirdi:

“Cənab Prezidentin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxış çox önəmli bir çıxış idi. Azərbaycan xalqının müqəddəratının həll olunduğu bir vaxtda ölkə başçısı artıq dünyaya mesaj verdi ki, Azərbaycan dövləti güclü və xalqı ilə bir yerdə olan dövlətdir. Eyni zamanda Azərbaycan sülh sevər və xalqının mənafeyini müdafiə edən dövlətdir.

Prezidentin türk dövlətlər başçılarını Qarabağa dəvət etməsi arzuolunan idi və Prezident bunu səsləndirdi. Mən düşünürəm ki, cənab Prezidentin apardığı siyasət uğurlu siyasətdir. Bu siyasətə uyğun olaraq da Prezident dünya ictimaiyyətinə göstərmək istəyir ki, artıq Qarabağ işğaldan azad edilib. Bizim Qarabağda görəsi işlər hələ çoxdur və Azərbaycan orada işğalda qalan digər ərazilərimizi də azad edəcək.

Hafiz Hacıyev: “İşğalçı dövlətlər dinc dövlətlərin daxili işlərinə qarışır, o cümlədən sərhədlərini pozurlar”.

Bu gün Rusiyanın və İranın Ermənistanı müdafiə edib, Azərbaycana təzyiqlər etməsi isə yolverilməz haldır. Prezidentin Türk Dövlətləri Təşkilatındakı çıxışı da ona dəlalət edir ki, artıq həmin dövlətlər də Azərbaycanın yanında olsunlar. Həmin dövlətlər də dünyaya mesaj verməlidirlər ki, işğalçı dövlətlər dinc dövlətlərin daxili işlərinə qarışır, o cümlədən sərhədlərini pozurlar. Bu da çox önəmli məsələdir.

Düşünürəm ki, cənab Prezidentin xarici siyasəti bu yolla da davam etməlidir. Daxili siyasətdə də Prezident dəyişikliklər edir və bu dəyişiklikləri axıra qədər davam etdirməlidir. Xalqla dövlət birlik yaradılmalıdır və hakimiyyət daxilində milli birliyi pozmağa cəhd edən qüvvələrə qarşı da Prezident öz qəti mövqeyini bildirməlidir. Çünki ölkənin içində olan müəyyən qüvvələr hal-hazırda Prezidentin apardığı siyasətə kölgə salmaq üçün həm İranla, həm Rusiya ilə, həm də Ermənistanla gizli şəkildə birgə əməkdaşlıq edirlər. Cənab Prezident ölkədə milli birliyi qorumaq üçün bu qüvvələrdən qurtulmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar