Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadrutda yaxalanan erməni silahlılarından biri hakimə dedi: “Xahiş edirəm, bizi evimizə qaytarın...”

Ötən ilin dekabrında Hadrut ətrafında, Kiçik Tağlar və Çaylaqqala kəndləri ətrafında keçirilən xüsusi əməliyyat zamanı tutulan erməni silahlı dəstə üzvlərinin daha bir qrupu məhkəmə önünə çıxarılıb. Virtualaz.org xəbər verir ki, 14 nəfərlik dəstənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmə qarşısına çıxarılanlar bunlardır: Serobyan Geğam Samveloviç, Avakyan Qraç Arzumanoviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asertyan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Komiyeviç, Sedrakyan Romik Misakini, Minosyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç, Karapetyan Yuri Tiqranoviç.

Prosesdə  təqsirləndirilən şəxslərin anket məlumatları  dəqiqləşdirilərkən 1996-cı il təvəllüdlü, əslən Gümrüdən olan Albert Petrosyanın ikili vətəndaşlığı olduğu  məlum olub. Bu barədə A. Petrosyan özü məlumat verib:" 2013-cü ildən Moskvada yaşamışam. Həm Ermənistan, həm Rusiya vətəndaşıyam"

Daha sonra hakim təqsirləndirilən şəxslərdən işlə bağlı hər hansı vəsatətlərinin olub-olmadığını soruşub. Təqsirləndirilən Volodya Hakobyan hakimə "xahiş edirəm, bizi öz evimizə qaytarın" deyib.

Daha sonra hakim   dövlət ittihamını dövlət ittihamçıları Eldar Həmzə və Valeh Əkbərovun müdafiə etdiyini məhkəmə iştirakçılarının diqqətinə çatdırıb.  Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.  Həmin şəxslər ötən il 26-27 noyabr tarixlərində dövlət sərhədini qanunsuz olaraq keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər. Adları çəkilən şəxslər ötən il dekabrın 13-ə qədər həmin ərazilərdə terror və təxribat hadisələri törədəriblər.

Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-ci(terrorçuluq) , 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların təkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ittiham verilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini taparsa, onları 14 ildən 20 ilə qədər həbs və   ömürlük azadlıqdan məhrum edilə bilərlər. İttihama münasibət bildirən erməni dəstə üzvləri özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Serobyan Geğam həmin ərazilərin “Azərbaycan torpağı olduğunu  bilmədiklərini” deyib.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ən çox oxunanalar