Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda 14 yaşlı azərbaycanlı qızı qətlə yetirən "həyat yoldaşı"nın axtarışları davam edir

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən 30 yaşlı "həyat yoldaşı" Alim Sadiqovun axtarışları davam etdirilir...

APA-nın Gürcüstan bürosu "24news.ge" portalına istinadən xəbər verir ki, qətlə yetirilən azyaşlı 2 ay əvvəl evlənmək məqsədilə zorla qaçırılıb.

Bildirilib ki, faktla bağlı onun ailəsi, oxuduğu məktəb, Təhsil Resurs Mərkəzi (maarif şöbəsi) məlumatlı olsa da heç bir tədbir görülməyib.

Qeyd olunub ki, Aytac Şahmarova bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa da cəhd edib.

Yerli sakinlərin sözlərinə görə, cinayət hadisəsi "ər və arvad"ın qohumlarının toyuna getməyə hazırlaşdığı vaxt baş verib. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu yeniyetməni odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Xatırladaq ki, qətl oktyabrın 5-da gecə saatlarında baş verib.

Faktla əlaqədar Gürcüstan DİN tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Amerikalı azıb və bir ay meşədə sərgərdan yaşayaraq sağ qalıb

Ən çox oxunanalar