Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gündə 2 ədəd əncir yesək, orqanizmdə nə baş verər?

Yay meyvəsi olan əncirin sağlamlığımıza bir çox faydaları var.

PİA.az xəbər verir ki, türkiyəli qidalanma üzrə mütəxəssis, diyetoloq Elif Gizem "Səhhətinizdə problem yoxdursa, gündə 2 ədəd əncir yeyə bilərsiniz", deyərək əncirin 6 faydasını açıqlayıb.

Gündə 2 ədəd əncir yesək, orqanizmdə nə baş verər?

Bir orta ölçülü əncir təxminən 60 kaloridir. Əncirin tərkibində 2 qram qida lifi, 175 mq kalium, 25 qram kalsium, A, E vitaminləri və sağlamlıq üçün çox faydalı olan antioksidant maddələr var. Bu zəngin tərkibi sayəsində əncir bir çox sağlamlıq problemlərinə qarşı təsirlidir.

Ancaq həkim Elif Gizem arıqlamaq istəyənlərə və diabet xəstələrinə xəbərdarlıq edib və 1-dən çox yeməmələrini məsləhət görüb.

“Əncir qan şəkərini sürətlə qaldıran və ya əksinə endirən bir meyvədir. Bu hal tez acmağınıza səbəb olacağı üçün arıqlama prosesinizə mənfi təsir göstərə bilər. Bundan əlavə, şəkərli diabet xəstələri də diqqətli olmalıdır. Çünki əncir qanda şəkəri yüksəldə bilər.Buna görə də meyvənin yanında qoz, badam və ya süd kimi zülal tərkibli qidalardan istifadə etmək məsləhətdir”.

Əncirin faydaları:

1- Həzmi asanlaşdırır

Tərkibindəki yüksək lif sayəsində əncir bağırsaqdakı sağlam bakteriyalar üçün qida mənbəyinə çevrilir. Bu təsirlə bağırsaq hərəkətliliyini artıraraq, həzm sistemini yaxşılaşdırır, nəcisi yumşaldır, qəbizliyin azaldır, qaz və şişkinlik kimi şikayətlərin aradan qaldırılmasına kömək edir. Lakin unutmayın ki, əncirin miqdarına diqqət etməlisiniz.


2- Ürək-damar sağlamlığını qoruyur

Kalium bədənimizdəki bütün sistemlərin tam işləməsi üçün vacib bir mineraldır. Bir əncirin tərkibində 175 mq kalium var. Pəhriz vasitəsilə kalium mineralının kifayət qədər qəbulu damardaxili təzyiqi azalda və böyrəklərdə filtrasiya sürətini artıra bilər. Buna görə də əncir yüksək təzyiq xəstəliyi olaraq da bilinən hipertoniyanı normaya salmağa kömək edə bilər.


3- Dərini yeniləyir

Aparılan araşdırmalarda əncir də daxil olmaqla bir çox meyvələrin dəri hüceyrələrinə antioksidan təsir göstərdiyi və dərini yenilədiyi sübut olunub.


4- Şirniyyat ehtiyacının alternativi ola bilər

Əncir liflə zəngindir. Ona görə də pəhriz saxlayanlar şirniyyat istəklərini əncirlə ödəyə bilərlər.

Məsələn, 10 badam və ya bir stəkan süd ilə əncir yeyirsinizsə, qan şəkərini normallaşdırmağa və şirniyyat istəyinizi aradan qaldırmağa kömək edəcək. Həmçinin, tox saxlayacaq.


5- İmmuniteti gücləndirir

Əncir qabığındakı bənövşəyi rəng tərkibində nə qədər antioksidantın olduğunun göstəricisidir. Ənciri qabığı ilə birlikdə yesəniz, immunitetinizi gücləndirmiş olarsınız.


6- Sümük sağlamlığı üçün vacibdir

Bol kalsium və maqneziumla zəngin olan əncir sümüklər üçün də faydalıdır.

Bu üç qaydaya diqqət yetirin:

- Qəbizlik probleminiz varsa, bir əncir yedikdən sonra bir stəkan su içməyi vərdiş edin. Əncirdən sonra su içdikdə, bağırsaqlar hərəkət etmiş olur və qəbizliyin qarşısı alınır.

- Əncirin yanında qoz, badam, süd və ya qatıq yeyin ki, qan şəkəriniz yüksəlməsin.

- Əncirin tərkibində yüksək miqdarda K vitamini olduğu üçün qan durulaşdırıcı təsiri olan dərmanların orqanizmdə sorulmasının qarşısını ala bilər. Bu səbəblə qan durulaşdıran dərmanlardan istifadə edirsinizsə, bir porsiya əncirdən çox istifadə etməyin. (BakuPost)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Ən çox oxunanalar