Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət necədir?

Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində hərəkət elə təşkil olunub ki, ermənilər daha bu yoldan sürətlə keçib gecə bilməyəcəklər. Onlar Azərbaycan sərhədçilərinin postlarının yanında sürəti minimuma endirməli və beton blokların arasından keçib getməlidir.

Xatırladaq ki, yol Azərbaycan sərhədçisinə edilən hücumun ardınca bağlanmışdı və nəticədə Ermənistanla İran arasında əsas quru əlaqəsi də kəsilmişdi. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yenidən yolu açdı, amma sərhədçilərin postlarının yanında hərəkəti beton bloklarla məhdudlaşdırdı.

Virtualaz.org xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yolun əslində “qismən açıldığını” yazır. Belə ki, azərbaycanlılar iki-üç yerdə magistrala beton bloklar düzüblər və hərəkəti məhdudlaşdırıblar. Beton bloklar Azərbaycan sərhədçilərinin postlarının qarşısında qoyulub.

“Bizim mənbələrimiz deyirlər ki, yolun bu hissəsini keçərkən maşınların hərəkət sürəti minimuma endirilir, çünki ziqzaqvari beton blokların qoyulması nəticəsində hərəkət üçün ancaq dar zolaq açıq qalıb. Sürət minimuma endirildiyindən Azərbaycan tərəfi yoldan keçənləri çox rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. İndi adamlar ya bu yoldan keçməməyə çalışacaqlar, xüsusən d ona görə ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl sürücüləri bu yolu dayanmadan, sürətlə keçməyə çağırmışdı”,-qəzet yazır.

Bildirilir ki, ola bilsin Ermənistan rəhbərliyi yolun açılması üçün hansısa öhdəlik də götürüb, amma bunun nədən ibarət olduğu gələcəkdə üzə çıxacaq.

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən, Qubadlıdan çəkilib. Ötən ilin noyabrında Azərbaycan QubadlıZəngilan istiqamətlərində öz dövlət sərhədlərini bərpa edəndən sonra yol Azərbaycanın nəzarətinə keçib. Amma Bakı xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər yolun bu hissələrindən hərəkətə icazə vermişdi.

İndi yolda hərəkətin beton bloklarla bir neçə hissədə məhdudlaşdırılması Azərbaycan tərəfinə imkan verəcək ki, onun ərazisindən daşınan yüklərə də qismən nəzarət edə bilsin. Çünki aylardır belə məlumatlar və faktlar yayılır ki, İrandan Ermənistana, oradan isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə şübhəli yüklərlə dolu TIR-lar hərəkət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar