Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur…” – Qubad İbadoğlu

“Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsl natura iqtisadiyyatı formalaşıb. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim”


Bu sözləri iqtisadçı Qubad İbadoğlu Feysbuk-dakı şəxsi səhifəsində yazıb.

O bildirib ki, Bakıda Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır, amma bölgələrdə əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır: “Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. CəlilabadMasallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur”.

Qubad İbadoğlu yazıb ki, bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub: “Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub”.(Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar