Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərgin Rusiya-Ermənistan münasibətləri... - Moskva Paşinyanı devirməyə cəhd edə bilərmi?

Rusiya-Ermənistan münasibətləri qarşılıqlı ittihamlar, hətta qarşılıqlı təhqirə qədər inkişaf edib...

Politoloq: “Paşinyanın etdiyi faktiki olaraq anti-Rusiya ritorikasıdır və o, özünün Qərbyönlü siyasətini bu cür leqallaşdırmağa çalışır. Amma indiki məqamda Paşinyanın özü də başa düşür ki, bu riskli addımdır və bundan doğa biləcək neqativ nəticələr də ola bilər”.

“Qeyd edilən versiya realdır və hesab edirəm ki, proses böyüyəcəyi təqdirdə Rusiya tərəfi də öz növbəsində Paşinyan hakimiyyətinə təhdid yarada bilər”.

Bu sözləri politoloq Turan Rzayev Rusiya-Ermənistan münasibətlərindəki gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya-Ermənistan münasibətləri demək olar ki, cığırından çıxıb. Qarşılıqlı ittihamlar, hətta qarşılıqlı təhqirə qədər inkişaf edib. Rusiya-Ermənistan münasibətlərini necə dəyərləndirmək olar və Moskva Paşinyanın idarəsi altında olan İrəvanla dil tapa biləcəkmi? Eyni zamanda, Paşinyanın devrilmə ehtimalını necə dəyərləndirmək olar və bu baş verməzsə, Rusiya-Ermənistan münasibətləri hansı istiqamatdə inkişaf edə bilər?

Moskva-Yerəvan münasibətlərinin inkişaf istiqamətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Aydın məsələdir ki, Rusiya Ermənistanın bu tipli bəyanatlarına səssiz qalmayacaq. Biz bunu bir neçə gün içində daha real görəcəyik”.

Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozub, Ermənistanda qanuni hakimiyyəti devirmək risklərinin mövcud olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, proses böyüyəcəyi təqdirdə Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edə bilər:

“Həqiqətən də, Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə çox gərgindir və bu gərginliyin də əsas Paşinyanın Qərbmeyilli siyasətidir. Ümumiyyətlə, Rusiya-Ermənistan qarşıdurmasının gec-tez baş verəcəyini biz bilirdik. Çünki rəsmi İrəvan, Paşinyan administrasiyası faktiki olaraq Ermənistanı Qərbə inteqrasiya edir və bu proses çərçivəsində də, Rusiya ilə münasibətlər tədricən zədələnir.

Onsuz da, Qərbə inteqrasiya etmək üçün Paşinyana bəhanələr lazım idi. Əslində, 44 günlük münasibədən bu yana Paşinyan bu bəhanələri kifayət qədər əldə etdi. Söhbət Azərbaycan-Ermənistan gərginliyi fonunda Rusiyanın açıq-aşkar Ermənistana dəstək verməməsi, paralel olaraq KTMT-nin Ermənistana dəstək verməməsi, Ermənistanda olan Rusiya hərbi bazalarının prosesə müdaxilə etməməsi və s. kimi məsələlər var ki, bunların da hamısı Paşinyanın əlində bir bəhanəyə çevrilib. O, faktiki olaraq daxili auditoriyaya bundan öncə də bir neçə dəfə çıxışlar etdi və bildirdi ki, Azərbaycan qarşısında Rusiya Ermənistanı tək qoydu. Paşinyan beləliklə də, Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmağa başlamışdı.

Paşinyanın etdiyi faktiki olaraq anti-Rusiya ritorikasıdır və o, özünün Qərbyönlü siyasətini bu cür leqallaşdırmağa çalışır. Amma indiki məqamda Paşinyanın özü də başa düşür ki, bu riskli addımdır və bundan doğa biləcək neqativ nəticələr də ola bilər”.. Söhbət təkcə Ermənistan daxilində gərginlikdən getmir, həm də Paşinyanın hakimiyyətinin itirilməsi məsələsi də var.

Turan Rzayev: “Rusiya AzərbaycanErmənistanı genişmiqyaslı müharibəyə cəlb edərək Paşinyana bu yolla da təzyiq etmək istəyir”.

Aydın məsələdir ki, Rusiya Ermənistanın bu tipli bəyanatlarına səssiz qalmayacaq. Biz bunu bir neçə gün içində daha real görəcəyik. Amma indiki məqamda Rusiya tərəfinin Ermənistana münasibəti hələ ki, sözlü ritorika ilə kifayətlənməkdir.

Hesab edirəm qarşıda Rusiyanın ata biləcəyi 3 əsas addım var:

1. Ənənəvi olaraq, Ermənistandakı Qarabağ klanı, ultramillətçilər, revanşistlər, kilsə və 5-ci kolonun nümayəndələrini aktivləşdirib Paşinyana qarşı etiraz aksiyaları təşkil etmək və qarşıdurma yaratmaqdır. Amma qeyd edim ki, bundan öncə də bənzər aksiyalar keçirilib, Paşinyan bu aksiyaları yatırmağa çalışıb.

2. Rusiya regionda gərginliyi artırır. Yəni, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Rusiya Ermənistanda ona sadiq olan 5-ci kalon üzvləri, daha dəqiq desək hərbi-siyasi elita nümayəndələrinin vasitəsilə təxribatlar törədib, Azərbaycanla Ermənistanı qarşı-qarşıya gətirmək istəyəcək. Bu da Paşinyan üçün heç də arzuolunmayan bir ssenaridir.

Bəli, Paşinyan da gərginliyi artırmaqda meyilli birisidir. Amma onun burada əsas səbəbi Azərbaycanı öz ərazilərinə çəkib, müharibəni öz ərazilərində aparmaqdır. Beləliklə də, Azərbaycana təzyiq yaratmaq istəyir. Yəni, Paşinyan genişmiqyaslı müharibə tərəfdarı da deyil. Amma Rusiya tərəfləri genişmiqyaslı müharibəyə cəlb edərək Paşinyana bu yolla da təzyiq etmək istəyir.

3. Paşinyanın hakimiyyətdən uzaqlaşması üçün hərbi dəstəyinin verilməsi. Bildiyimiz kimi Ermənistanda Rusiyaya məxsus hərbi bazalar var. 102-ci baza da bunların ən böyüklərindəndir. Ermənistan sərhədləri də rus hərbiçiləri tərəfindən qorunur. Buna görə də, Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozub, Ermənistanda qanuni hakimiyyəti devirmək riskləri mövcuddur və proses böyüyəcəyi təqdirdə Moskva buna da gedə bilər. Belə olan təqdirdə isə, ya Rusiya Ermənistanda özünə sadiq qüvvələrdən kimisə hakimiyyətə gətirəcək, ya da yeni simanı, məsələn, Ruben Vardanyanı hakimiyyətə gətirə bilər.

Turan Rzayev: “Burada Paşinyanın geri addım atması, yaxud da Paşinyanı dəstəkləyən Qərbin ona hansı təlimatlar verəcəyi də önəmlidir”.

Nəticə etibarilə, qeyd edilən versiya realdır və hesab edirəm ki, proses böyüyəcəyi təqdirdə Rusiya tərəfi də öz növbəsində Paşinyan hakimiyyətinə təhdid yarada bilər. Unutmamaq lazımdır ki, bəhs etdiyimiz ölkə Ukrayna beynəlxalq hüquqla tanınan ərazisini kobud şəkildə işğal edib. Yəni, Avropanın mərkəzində bir ölkəni işğal edən Rusiya Ermənistanda qanuni hakimiyyəti devirə bilməzmi? Bu onun üçün çox sadə bir işdir.

Burada Paşinyanın geri addım atması, yaxud da Paşinyanı dəstəkləyən Qərbin ona hansı təlimatlar verəcəyi də önəmlidir. Amma bir daha qeyd edim ki, Paşinyanın devrilməsi versiyası gündəmdədir və real olmaq imkanları var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay