Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada regional seçkilər və ölkənin qeyri-müəyyən gələcəyi...

Fransa okeanda kompası olmayan və sualtı axarla qeyri-müəyyənliyə doğru sürüklənən bir gəmiyə bənzəyir...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 29 iyun 2021-ci il

Fransada regional seçkilərin ikinci turu keçirilib. Seçicilərin yalnız 35%-nin iştirak etdiyi seçkilərdə Makronun Proqressiv Respublika Partiyası (LREM) və Marin Le Penin Milli Birlik partiyası məğlub oldu.

Fransanın ənənəvi sağ mərkəz və sol ittifaqları 6 il əvvəl keçirilən son regional seçkilərdə mövqelərini qoruyublar. 13 bölgədən Fransanın böyük şəhərində olan 12 bölgəsi 5 Respublikaçı və 2 digər sağçı ittifaq olmaqla, 7 bölgə sağın tərəfində qalıb. 5 yeri isə Sosialist Partiyasının rəhbərlik etdiyi sol ittifaq qazanıb. 13-cü bölgə olan Korsika adasını isə Korsika millətçiləri alıblar. Başqa sözlə, regional seçkilər nəticəsində status-kvo saxlanılıb.

Prezidentliyə namizədlər Makron və Le Pen

10 aydan sonra Fransada prezident seçkisi keçiriləcək və anketlərə görə, seçki Makron və Le Pen arasında olacaq. Birinci turun nəticələrini qiymətləndirərkən bildirdim ki, gələn il keçiriləcək prezident seçkiləri üçün bir sınaq kimi qiymətləndirilən bu regional seçkilər Makronun işinin asan olmayacağını və Marin Le Penin də çətinlik çəkəcəyini göstərir.

İndi əsas sual budur: xalqın meyillərini müəyyənləşdirmək baxımından vacib olan bu “yerli” seçkilərdə belə regional seçkilərdə uğur qazana bilməyən Makron və Le Penin prezident seçkilərində şansları nədir? Sualı belə də verə bilərik: bu seçkilərin “qalibləri” sistemin iki ənənəvi partiyası olan sosial demokrat sosialistlərlə neoliberal respublikaçılar Makronu və Le Peni keçə biləcəklərmi?

Sistemin çökən partiyaları

Prezident seçkiləri ilə bağlı bir proqnoz verməzdən əvvəl bu partiyaların statusu, siyasəti və proqramları haqqında bir neçə cümlə də qurmaq lazımdır: sosial demokrat sosialistlər və neoliberal respublikaçılar proqram olaraq eyniləşdirildi, siyasi cəhətdən iflas etdi və xalqla əlaqələri kəsildi. İzlədikləri neoliberal siyasətdə özəlləşdirici, əmək bazarını çevikləşdirən, sərmayə qoymayan, iqtisadiyyatı borclanma ilə çevirməyə çalışan və nəticədə işsizliyi və yoxsulluğu uçqun kimi böyüdən bir proqram var. Xarici siyasətdə təcavüzkar və işğalçı siyasət yürüdürdülər və milli kimliyin aşınmasına, milli suverenlik məsələlərinin də daxil olduğu bir çox qərar qəbuletmə mexanizminin Brüsselə verilməsində rəqabətçi bir xətt izlədilər. İzlənilən bu siyasətlər nəticəsində 2008-ci ildən bəri yaşanan iqtisadi və maliyyə böhranında bütün yükün işçilərin çiyinlərinə yüklənməsi bu partiyaların iflas etməsinə səbəb oldu. Buna görə də, Makron iflas edən sistemə çarə olaraq siyasi səhnəyə sürgün edildi.

Le Penin seçkilərdə uğur qazanmaq şansı yoxdur

Bir tərəfdə də son 10 ildə böyüyən Marin Le Penin partiyası var. Həmin illərdə Milli Cəbhə adlanan partiya 2010-cu ildə 9% olan səs nisbətini 2014-cü ildə Avropa Parlamenti seçkilərində 25%-ə, 2015-ci regional seçkilərində isə 30%-ə yüksəltdi. Milli maraqları qloballaşmaya qarşı qoruyan, işsizliyin ən yüksək həddə çatdığı ölkədə işçilərdən ən çox səs alan Milli Cəbhə partiyası xarici siyasətdə Avrasiyaya yaxın bir xətt izləmiş, səs nisbətlərinə görə Fransanın ilk partiyası olmuşdu. Lakin istər parlament seçkilərində, istərsə də prezident seçkilərində ən çox səsi toplamaq və ya birinci partiya olmaq üçün iki turlu seçki sistemində uğur qazanmaq üçün şansı olmamışdı. Çünki seçkiləri qazanmaq şansı olan hər yerdə sistemin eyniləşən “sağ və sol” digər partiyaları birləşmiş və Le Penlə partiyasına qarşı səs vermişdilər.

Fransa qeyri-müəyyənliyə doğru gedir

Əslində, bu seçkinin qalibi seçkiyə getməyən 65%-lik kütlədir. Fövqəladə bir iqtisadi böhran içində olan Fransada xalqın aşağı təbəqəsi seçki məntəqələrinə getməmiş və sistemə qarşı radikal bir mövqe tutmuşdu.

Covid-19 epidemiyasından əvvəl onsuz da üsyan vəziyyətində olan Fransız xalqı bu münasibətini Covid-19-dan sonra da davam etdirəcəyini bu gün seçkiyə getməməklə bir daha göstərdi.

Fransada tunelin sonu görünmür, çünki sistemin bu ağırlaşan problemlərini həll edəcək siyasi partiyalar yoxdur. Bu seçkilərə gələn 35%-lik kütlə bu partiyaların yerli səsləridir. Makronun partiyası isə yerli bir təşkilata sahib deyil və müvəqqəti bir quruluşdur. Le Penin partiyası xalq arasında güclüdür, lakin bu seçki sistemi ilə uğurlu olması çətindir.

Fransa okeanda kompası olmayan və sualtı axarla qeyri-müəyyənliyə doğru sürüklənən bir gəmiyə bənzəyir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Fransa Makron Le Pen

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar