Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fitch ABŞ-ın reytinqini AAA-dan AA+-a endirdi, Ağ Ev hiddətləndi...

Fitch Ratings ABŞ-ın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini AAA-dan sabit proqnozla AA+-a endirib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Fitch Ratings-in hesabatında deyilir.

Reytinqin aşağı salınması növbəti üç ildə fiskal vəziyyətin pisləşməsi, yüksək borc yükü, tənəzzül təhlükəsinin davam etməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin artırılması gözləntiləri ilə bağlı olub. Həmçinin azalma amilləri arasında son iki onillikdə idarəolunmanın pisləşməsi də var ki, bunu dövlət borcunun limiti məsələsi ilə bağlı ziddiyyətlər və bu məsələ ilə bağlı son anda qəbul edilən qərarlar göstərir.

Ağ Ev Fitch-in qərarı ilə razılaşmadıqlarını bildirib. “Fitch-in istifadə etdiyi reytinq modeli prezident Trampın dövründə aşağı düşdü, sonra isə prezident Baydenin dövründə öz yerini bərpa etdi. Prezident Baydenin dünyanın istənilən böyük iqtisadiyyatının ən güclü bərpasına nail olduğu bir vaxtda ABŞ-ın reytinqini aşağı salmaq reallığa ziddir”, deyə ABŞ administrasiyasının bəyanatında deyilir..

ABŞ-ın maliyyə naziri Janet Yellen də reytinqin aşağı salınması ilə razılaşmadığını bildirib.

“Fitch Ratings-in bu gün elan etdiyi dəyişiklik özbaşınalıqdır və köhnəlmiş məlumatlara əsaslanır”, deyə Yellen hiddətini ifadə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Ən çox oxunanalar