Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən Elm və Təhsil NazirliyiBakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında Bakı şəhərində yerləşən orta məktəblərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhlükəsiz məktəb” adlı sosial layihə təlimlərinə başlanılıb.

Bu barədə Poliqon.info-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İnstitut tərəfindən hazırlanan pilot layihə çərçivəsində məktəblilərə əməyin təhlükəsizliyi, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları, eləcə də ilkin yardım tədbirləri haqqında ətraflı məlumat verilir.

Layihə çərçivəsində məktəblərdə olan informatika otaqlarındakı avadanlıqların elektromaqnit sahəsinin sıxlığının müayinəsi aparılır və ölçmələr zamanı göstəricilərin buraxıla bilən hədlərə uyğun olması müəyyən edilir.

Təlimlərin sonunda iştirakçılara sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları və müvafiq sertifikatlar təqdim olunur. Məktəbin işçi heyəti isə maarifləndirici layihəyə göstərdikləri dəstəyə görə dəyərləndirici nişanlarla təltif olunur.

Poliqon.info


Etiket: FHN məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ən çox oxunanalar