Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Qarabağ və Şərqi Zəngəzurdakı qurumlarının və hərbi hissəsinin maddi-texniki bazası gücləndirilir

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının, həmçinin "N" saylı hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılır".

Poliqon xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının fəaliyyəti təşkil edilib: "2021-ci ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri AğdamFüzuli rayonlarında minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsi yaradılıb".

Nazir qeyd edib ki, FHN-in peşəkar fəaliyyəti Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistanla apardığı 44 günlük Vətən müharibəsi zamanı özünü xüsusilə göstərib: "Belə ki, həmin günlərdə nazirliyin qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birgə səfərbər olunub, əhalinin mülki müdafiəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb. Nazirliyin yanğın-xilasetmə qüvvələri Ermənistan tərəfindən mülki obyektlərə, o cümlədən insanların sıx yaşadığı yaşayış məntəqələrinə endirilən mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların operativ aradan qaldırılmasını, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini uğurla həyata keçiriblər. Bundan əlavə, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrdə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarımıza yardım işi təşkil olunub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş psixoloqlarla birlikdə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına, o cümlədən qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlara psixoloji dəstək göstərilib, onların reabilitasiyası təmin olunub".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay