Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in kikboksinq komandasının idmançıları uğur qazanıblar

Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kikboksinq Fedrasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə Bakı şəhər birinciliyi keçirilib...

FHN-dən Poliqon-a verilən xəbərə görə, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 46 komanda olmaqla 350-yə yaxın idmançı mübarizə aparıb.

Yarışda 20 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə komandasının idmançıları məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in kikboksinq komandasının kadet, yeniyetmə və gənclərdən ibarət idmançıları Turan Abdullayev (91 kq), Mirfərid Seyidli (54 kq), Əli Aslanov (42 kq) qızıl, Ayan Hüseynova (52 kq), Murad Cabbarov (20 kq) gümüş və Şəbnəm İbrahimli (48 kq), Elnar Hacıyev (42 kq), Sərxan İbrahimov (71 kq), Tahir Tağıyev (54 kq), Əli Nəcəfov (81 kq), Ramil Rzayev (45 kq), Hafiz Quliyev (64 kq) və Ömər Əliyarov (54 kq) bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub. Komanda hesabında isə FHN-in kikboksinq komandası medal sayına görə 3 qızıl, 2 gümüş və 8 bürünc qazanaraq 1-ci yeri tutublar və turnirin fəxri kubokunun sahibi olublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar