Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Rusiya və İrana qarşı atdığı addımlar nədən xəbər verir?

Yayılan məlumata görə fransız və erməni kəşfiyyatları Rusiya və İrana qarşı müqavilə imzalayıblar...

Siyasi-analitik: “Ermənistan son vaxtlar Rusiyaİran əleyhinə addımlar atır və bu addımlar Qərbin təsiri ilə həyata keçirilir”.

“Bu xəbərin fransız mətbuatında olması məni tərəddüdə saxlayır. Çünki adətən belə yayılan məlumatlar ictimai rəydə çaşqınlıq yaratmaq, dezinfeksiya, manipulyasiya xarakterində ola bilir”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Ermənistanın Rusiyaİrana qarşı atdığı addımları Poliqon-a şərh edərkən qeyd edib.

Fransa mətbuatının yazdığına görə fransız və erməni kəşfiyyatları Rusiyaİrana qarşı müqavilə imzalayıblar. Məlumatda bildirilir ki, Ermənistan kəşfiyyatı Rusiyaİranla bağlı kəşfiyyat məlumatlarını Fransaya ötürəcək.

Ermənistanın bir neçə sahə üzrə öz müttəfiqləri olan Rusiyaİranla bağlı məlumatların Fransaya ötürməsi ilə bağlı razılıq verməsi nədən xəbər verir və ümumiyyətlə, İrəvanın son aylar regionda Rusiyaİrana qarşı atdığı addımlar Moskva və Tehranda hansı reaksiya doğura bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Ermənistanın Rusiyaya qarşı atdığı addımlar regiondakı vəziyyəti dəyişə bilər”.

Rusiyanın hələlik Ermənistana qarşı soyuqqanlı, təmkinli davrandığını qeyd edən analitik Poliqon-a bildirib ki, Rusiyanın mütləq adekvat addımları olacaq:

“Ümumiyyətlə, Ermənistan son vaxtlar Rusiyaİran əleyhinə addımlar atır və bu addımlar Qərbin təsiri ilə həyata keçirilir. Eyni zamanda bu, Ermənistanın baş naziri Nikol Paşinyanın heç də balanslı siyasəti kimi təqdim olunmamalıdır. Çünki balanslı siyasət bu deyil. Balanslı siyasət heç kimdən asılı olmayaraq özünün siyasətini yürütməkdir. Amma Ermənistan daha çox təzyiqlərlə hərəkət edir. Bu da digər dövlətlərlə münasibətlərə təsir edir.

Bu xəbərin fransız mətbuatında olması məni tərəddüdə saxlayır. Çünki adətən belə yayılan məlumatlar ictimai rəydə çaşqınlıq yaratmaq, dezinfeksiya, manipulyasiya xarakterində ola bilir. Amma düşünürəm ki, Ermənistanın Rusiyaya qarşı atdığı addımlar regiondakı vəziyyəti dəyişə bilər. Hələ ki, Ermənistan suyu üfülüyə-üflüyə içir. Çünki başqa yolu da yoxdur. Yəni Ermənistan yavaş-yavaş Rusiyadan uzaqlaşır.

Düşünürəm ki, bu çox da uzun çəkməz. Rusiya hələ ki, Ermənistana qarşı soyuqqanlı, təmkinli davranır. Amma Rusiyanın mütləq adekvat addımları olacaq. Ermənistan Fransanın kəndiri ilə quyuya düşür, amma o quyuda batmasa yaxşıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay