Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü... - Mişel də Makron kimi vasitəçilik missiyasından kənarlaşdırılıb?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq...

Politoloq: “Biz hələ bu görüşü Münhen prosesi adlandırmağa tələsməyək. Lakin aydın məsələdir ki, Makron və Mişelsiz bir prosesin getməsi də göz önündədir”.

“Münhen Təhlükəsizlik Konfransından sonra Nikol Paşinyan Fransaya səfər etdi, Münhendə əldə olunmuş razılıqlara zidd fikirlər söylədi”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ErmənistanAzərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. Ermənistan XİN-in mətbuat katibi bildirib ki, görüşün keçirilməsi ilə bağlı razılaşma Münhendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında aparılacaq.

Görüşün Brüsseldə deyil, Berlində baş tutması nədən xəbər verir? Bu o demək olurmu ki, Mişel də Makron kimi vasitəçilik missiyasından kənarlaşdırılıb? Digər tərəfdən, görüşün Berlində baş tutması həm də ikitərəfli platformaya üstünlük verildiyi anlamına gəlirmi?

XİN rəhbərlərinin Berlin görüşünü Poliqon-un əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Məlum oldu ki, Fransa Münhen razılaşmalarının üzərindən xətt çəkmək yönündə israrlıdır”.

Azərbaycanın şərtlərinin daxilində müəyyən gedişatın olduğunu dünən politoloq Poliqon-a açıqlamasında bu gedişatın Fransanın bizim üçün arzuolunmaz dövlət olduğunun olduğunu vurğulayıb:

“Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolst və Azərbaycan-Ermənistan liderləri arasındakı görüş sülh, təhlükəsizlik, sabitlik yönündə mühüm bir addım kimi yadda qaldı. Digər tərəfdən, xüsusilə vurğulamaq lazımdır ki, Şolst cəmi 10-15 dəq giriş nitqini söylədikdən sonra otağı tərk etdi və cənab İlham Əliyevlə Nikol Paşinyan birbaşa dialoq yolu ilə müzakirələr həyata keçirdilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransından sonra Nikol Paşinyan Fransaya səfər etdi, Münhendə əldə olunmuş razılıqlara zidd fikirlər söylənildi. Həmçinin Fransanın müdafiə naziri İrəvana gəldi. O öz təyyarəsinin bortunda gecəgörmə cihazları və radarlar da daxil olmaqla hərbi texnikanı Ermənistana tədarükü etdi. Belə məlum oldu ki, Fransa Münhen razılaşmalarının üzərindən xətt çəkmək yönündə israrlıdır.

İlyas Hüseynov: “Ermənistanı açıq dəstəkləyən dövlət vasitəçi ola bilməz”.

Son məlumat bundan ibarətdir ki, fevralın 28-29-da Berlində AzərbaycanErmənistanın xarici işlər nazirləri görüşəcək. Bu görüş elə Münhen prosesinin davamı kimi qiymətləndirilir. Biz hələ bu görüşü Münhen prosesi adlandırmağa tələsməyək. Lakin aydın məsələdir ki, Makron və Mişelsiz bir prosesin getməsi də göz önündədir.

Mənə elə gəlir ki, XİN rəhbərləri arasında keçirilən görüşün ardını da biz izləyə bilərik. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın şərtləri daxilində müəyyən gedişat var. Bu gedişat bundan ibarətdir ki, Fransa bizim üçün arzuolunmaz dövlətdir. Onun vasitəçiliyi bizə heç bir xeyir vermir. Ermənistanı açıq dəstəkləyən dövlət vasitəçi ola bilməz. Buna görə də, bizim üçün birbaşa dialoq ən önəmli çıxış yoludur. Bu tezislər üzərində danışıqlar gedirsə, bu danışıqların nəticəsinə də müəyyən ümidlə yanaşmaq mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar