Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan itkin düşən hərbiçilərin təhvil verilməsi ilə bağlı razılaşmanı pozur.. - Cavabı necə veriləcək?

Ermənistan yolu azaraq sərhədi keçən Azərbaycan hərbiçisini qondarma ittihamlarla həbs edib...

Politoloq: “Ermənistan hər məqamdan istifadə etmək istəyir. Onlar bu yolla Azırbaycsnda jəbs cəzsı çəkın hərbi cinayətkarları azad etməyə çalışır”.

Azərbaycan Ermənistandan qəti şəkildə tələb etməlidir ki, qısa müddətdə yolunu azmış hərbiçimizi qaytarsınlar”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistanın Azərbaycan itkin düşən əsgərinə qarşı atdığı addımı Poliqon-a şərh edərkən qeyd edib.

Almaniyada AzərbaycanErmənistan xarici işlər nazirlərinin danışıqlar apardığı bir vaxtda Ermənistan yolu azaraq sərhədi keçən Azərbaycan hərbiçisini qondarma ittihamlarla həbs edib və ikinci dəfə itkin düşən hərbiçilərin təhvil verilməsi ilə bağlı razılaşmanı pozub.

Ermənistanın bu davranışı danışıqlar prosesinə, ümumlikdə isə sərhəddəki vəziyyətə hansı səviyyədə təsir edir və bu hadisə ilə bağlı sərhəddə yeni gərginliklər gözləniləndirmi?

Mövzunu Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Yolu azaraq sərhədi keçən hərbiçimizə qarşı bu qədər əsasız və uydurma ittihamlarln irəli sürülməsi absurddur və heç bir məntiqə sığmır”.

Erməni xalqının tarix boyu həmişə alver etdiyini xatırladan politoloq Poliqon-a bildirib ki, dövlət siyasətində də alver ermənilərin həmişə əsas qayəsi olub:

Ermənistan hər məqamdan istifadə etmək istəyir. Onlar bu yolla Azırbaycsnda jəbs cəzsı çəkın hərbi cinayətkarları azad etməyə çalışır. Çünki bununla Azərbaycanla alver etmək istəyirlər və öz xeyirlərinə nəsə qazanmaq istiyirlər. Bu xəyanətkar və iyrənc xislətli erməni xalqının xüsusiyyətidir, onlar tarix boyu həmişə alver ediblər və dövlət siyasətində də alver bunların həmişə əsas qayəsi olub.

Adi bir fakt deyim, Ermənistan həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda münasibətlər qurub saxlayırlar. Yəni Paşinyan deyir ki, biz Rusiyanın Ukraynaya təcavüzün dəstəkləmirik. Amma paralel olaraq da, Ermənistanın daxili işlər naziri Krımı Rusiya ərazisi adlandırır. Buna necə ad vermək olar?

Ona görə də, biz bunları tanımalıyıq və tanıdığımız üçün də uyğun olaraq siyasət yürütməliyik. Azərbaycan Ermənistandan tələb etməlidir ki, qısa müddətdə yolunu azmış hərbiçimizi qaytarsınlar. Əks halda bunların xislətinə uyğun istər siyasi, diplomatik meydanda, istərsə də hərbi meydanda layiqli cavab verilməlidir.

Yolu azaraq sərhədi keçən hərbiçimizə qarşı bu qədər əsassız və uydurma ittihamlarln irəli sürülməsi absurddur və heç bir məntiqə sığmır. Erməni tərəfi həm də heç bir günahı olmayan və sadəcə yolu azan əsgəri geri qaytarmaqdan imtina etməklə sülh prosesinə ziyan vurur və mən düşünürəm ki, onlar bunu bilərəkdən edirlər. Çünki bir sahibindən üz döndərib digərinə üz tutan ermənilər sülh prosesinin üzanmasında maraqlıdırlar. Onlar düşünürlər ki, sülh prosesini uzatmaqla əlvərişli vaxtda yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklər. Bu cılız və heç bir perspektivi olmayan strategiya ilə ermənilər öz gələcəklərini planlamağa, ən əsası müharibə vəziyyətini sonduza qədər uzatmağa çalışırlar. Amma bu onların problemidir və ermənilər çox da uzaq olmayan bir perspektivdə əllərində olanları da itirəcəklər.

Əssasız həbs edilın hərbiçimizə gəlincə, təbii ki, Azərbaycan bu hərəkətlərə effektiv cavab verəcək və adekvat olaraq yolu azan erməni hərbiçiləri buna görə əziyyət çəkəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay