Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni əsilli məşhur amerikalı qumarbaz Qarabağa gəldi

Erməni əsilli məşhur amerikalı qumarbaz-milyoner, “poker kralı” kimi tanınan Den Bilzeryan bu gün Azərbaycanın işğal altındakı ərazilərinə gəlib

Den Bilzeryanın Dağlıq Qarabağda “irimiqyaslı proqram” həyata keçirmək niyyətində olduğu bildirilir. Erməni xüsusi xidmət orqanlarına yaxın aysor.am saytının bildirdiyinə görə “poker kralı” məhz bu məqsədlə Qarabağa gəlib.

Hələlik Bilzeryanın həyata keçirəcəyi proqamın hansı istiqamətə yönələcəyi məlum deyil, amma istisna deyil ki, erməni milyoner səfər zamanı qoşunların təmas xəttinə də baş çəkəcək. Sayt bildirir ki, D.Bilzeryanın səfəri Dağlıq Qarabağın “hərbi-siyasi rəhbərliyi səviyyəsində” həll edilib.

Den Bilzeryan 1980-ci ildə ABŞ-ın Florida ştatının Tampa şəhərində anadan olub. Onun atası Pol Bilzeryan əvvəllər Uoll-stritin məşhur treyderlərindən idi və maliyyə maxinasiyalarına görə həbs cəzasına məhkum edilib.

Hesab edilir ki, Den Bilzeryana atasından böyük sərvət qalıb və o, zəngin ailədə harın böyümüş biridir. Bilzeryan peşəkar qumarbazdır və bu sahədə ilk dəfə böyük uğurunu 2009-cu ildə-Dünya poker seriyasında qazanıb. Həmin çempionatda o, 36 min dollar udub. Sonradan o poker çempionatlarında daha yüksək məbləğlər udub. Den Bilzeryan həm də şou proqramlarına qatılır, bir sıra döyüş filmlərində tryuklar icra edir. Onun həm də pleyboy imici var, həmişə çoxsaylı yarıçılpaq qızların əhatəsində olur. İntagram-da olduqca məşhurdur və 15 milyondan çox izləyicisi var.

Den Bilzeryan “Viktory Poker” poker-rumunun əsasını qoyanlardan biridir, onun sərvəti 235 milyon dollara çatır, bəzi məlumatlara görə daha çoxdur. Erməni qumarbazın bu pulları zəngin iş adamlarından udduğu təxmin edilir, lakin ona atasından da xeyli sərvət qalıb.

Bilzeryan həm də silah həvəskarıdır, kolleksiyasında yüzlərlə müxtəlif tipli atıcı silahlar var. O, 1999-cu ildə özünü xüsusi təyinatlı qüvvələrdə sınamaq istəyib və SEAS kurslarına qatılıb, amma kursu bitirmək üçün imtahandan keçə bilməyib.

Belə görünür ki, Dağlıq Qarabağdakı qondarma rejim bu məşhur erməni qumarbazı Azərbaycanın işğal altındakı ərazilərində kazinolar açmağa, bununla da qumar həvəskarı olan xarici turistləri cəlb etməyə inandırıb. Hər halda Bilzeryanın Dağlıq Qarabağa səfərinə Bakı olduqca sərt reaksiya verməlidir.(virtualaz.org)

pia.az


Etiket: Den Bilzeryan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar