Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyanı əvəz etmək üçün sivil konstitusiyasının hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib...

“Report” xəbər verir ki, bu barədə Türkiyə lideri bunu sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Onun sözlərinə görə, mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz:

“Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdirlər”.

Qeyd edək ki, Türkiyə Prezidenti daha əvvəl iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib.

2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. Ötən ilin may ayında yenidən yeni prezident seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunu administrasiyasının əsas vəzifələrindən biri adlandırmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar