Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ənvər Börüsoyun məzarı ziyarət edildi

Bu gün tanınmış jurnalist, sənətşünas Ənvər Börüsoyun məzarı ziyarət edilib.

PİA.az bildirir ki, bu barədə Kult.az-a hüquqşünas Səməd Vəkilov məlumat verib.

Onun sözlərinə görə, 7 mərasimi ilə əlaqədar Ənvər Börüsöyun Hövsan qəbiristanlığındakı̧ məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Ziyarət edənlər sırasında Azərbaycan Jurnalist Qadınları Assosiasiyasının rəhbəri, İctimai Televiziya Yayım̧ Şurasının üzvü, jurnalist Sevil Karani Yusifova, Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı alim Nazir Əhmədli, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Ümud Mirzəyev, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları İlqar Cahangir, Elnur Qədirov, Elçin Əfəndi, Hacı Teymur, Ənvər Börüsoyun tələbəsi Lalə Cəbrayıl, rəssam Lalə Hüseynova və mərhumun ailə üzvləri iştirak ediblər. Dostları onun ölümünü Azərbaycan ictimaiyyəti üçün böyük itki adlandırıblar.

Qeyd edək ki, ictimaiyyətin Ənvər Börüsoy kimi tanıdığı Məmmədov Ənvər Yusif oğlu 01.04.1961-ci il tarixində Gəncə şəhərində anadan olub. Əvəllcə Əzim Əzimzadə adına rəssamlıq məktəbini sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Milli azadlıq hərəkatının fəallarından olmuşdur. Geniş dünyagörüşü və intellektual səviyyəyə malik olan Ənvər Börüsoy türk dünyası ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Qafqaz Siyasi Texnologiya Mərkəzinin rəhbəri kimi geniş spektrli fəaliyyəti olmuşdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay