Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Məlumata görə, İslam Respublikası və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıb...

Politoloq: “Əgər İranın həqiqətən Ermənistana 500 milyon dəyərində silah-sursat, hərbi-texnika verdiyi təsdiqlənərsə, bu İran-Azərbaycan münasibətlərinə çox mənfi təsir edəcək”.

“Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa, necə ki biz Fransa, Avropa İttifaqı və Ermənistana silah verən digər ölkələrə sərt mövqe bildiririksə, eyni sərt mövqeni də İrana bildirmək məcburiyyətində qalacağıq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu İranın Ermənistanla silah müqaviləsinin Azərbaycana təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Son məlumatlara görə, İslam Respublikası və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən Tehran İrəvana kamikadze pilotsuz təyyarələr, “Xordad”, “Məcid” və “Arman” raketdən müdafiə sistemləri verəcək. Saziş həmçinin kəşfiyyat sahəsində əməkdaşlıq, sıx hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların tikintisini əhatə edir.

Bu əslində həm İranın, həm də Erməsintanın qırmızı xətti keçməsi anlamına gəlirmi? Azərbyacanın bu sazişə reaksiyası necə olmalıdır və Azərbaycan artıq Ermənistana qabaqlayıcı zərbələr endirməlidir?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Bu xəbər olmadan, əvvələr də şübhələrimiz var idi ki, əgər İran Rusiyaya pilotsuz uçuş aparatları verirsə, bu pilotsuz uçuş aparatlarını Ermənistana da gizli şəkildə verə bilər”.

Birinci növbədə Tehranın bu xəbərlərə aydınlıq gətirməli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Tehran bu məsələ barədə açıqlama verməlidir:

“Əgər İranın həqiqətən Ermənistana 500 milyon dəyərində silah-sursat, hərbi-texnika verdiyi təsdiqlənərsə, bu İran-Azərbaycan münasibətlərinə çox mənfi təsir edəcək. Onsuz da, İran-Azərbaycan münasibətlərində suallar var.

Doğrudur, Pezeşkianın İranda prezident seçilməsindən sonra ümidlər var ki, Azərbaycan-İran münasibətlərində müsbət istiqamət qeydə alınacaq. Amma bu cür xəbərlər münasibətlərə zərər verə bilər. Buna görə də, birinci növbədə gərək Tehran bu xəbərlərə aydınlıq gətirsin. Tehran bu məsələ barədə açıqlama verməlidir.

Bu xəbər olmadan, əvvələr də şübhələrimiz var idi ki, əgər İran Rusiyaya pilotsuz uçuş aparatları verirsə, bu pilotsuz uçuş aparatlarını Ermənistana da gizli şəkildə verə bilər. Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa, necə ki biz Fransa, Avropa İttifaqı və Ermənistana silah verən digər ölkələrə sərt mövqe bildiririksə, eyni sərt mövqeni də İrana bildirmək məcburiyyətində qalacağıq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar