Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevin Əlcazairdən Fransaya ötürdüyü mesajlar... - Parisin mövqeyi necə olacaq?

İlham Əliyev çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisə olduğunu vurğuladı...

Politoloq: “Prezidentin bu sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi “sənədə” şillə kimi cavab oldu”.

“Rəsmi Paris az qala hər fürsətdə Azərbaycanı ittiham etməkdən geri durmur. Halbuki Fransanın yaxın tarixi başda Əlcazair xalqı olmaqla, bir çox müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlar ilə zəngindir”.

Bu sözləri politoloq Turan Rzayev Prezidenti İlham Əliyevin Əlcəzair səfərində Fransaya verdiyi mesajları PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etdi. Prezident çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisə olduğunu vurğuladı. Eyni zamanda İlham Əliyev Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edəndə bildirdi ki, bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Prezidentin bu mesajlarına qarşı Fransanın mövqeyi necə olacaq? Makronun Azərbaycana qarşı siyasətin dəyişiklik ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir”.

Prinsip etibarilə Fransanın Əlcəzairdə bu qədər insanı öldürməsinin əslində səbəbsiz olmadığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub:

Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri bir çox baxımdan diqqət çəkdi. Səfərin ən diqqətçəkən məqamı isə şübhəsiz Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi oldu.

Ölkə başçısı bundan öncə də “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada, Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə"nin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında xüsusi qonaq qismində iştirak edib. Onu da qeyd edim ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına BMT Baş Katibi, Afrika İttifaqının sədri və Islam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə dəvət edilib. Əslində bu hal belə özlüyündə dövlət başçımıza olan hörmətin və onun beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir.

Prezident İlham Əliyevin Zirvə toplantısında çıxışı da diqqət çəkdi. Belə ki, prezident çıxışı zamanı bildirdi ki, “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”.

Prezidentin sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident E.Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi “sənədə” şillə kimi cavab oldu. Məsələ ondadır ki, Prezident İlham Əliyev bu sözləri təkcə Azərbaycan prezidenti olaraq deyil, eyni zamanda Qoşulmama Hərəkatının sədri statusunda dilə gətirib.

Turan Rzayev: “Fransanın yaxın tarixi başda Əlcazair xalqı olmaqla, bir çox müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlar ilə zəngindir”.

Ümumiyyətlə rəsmi Paris az qala hər vəchlə Azərbaycanı ittiham etməkdən geri durmur. Halbuki, Fransanın yaxın tarixi başda Əlcazair xalqı olmaqla, bir çox müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlar ilə zəngindir. Misal üçün Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Fransadan fərqli olaraq Osmanlı Əlcəzairi işğal etməyib. Əksinə Əlcəzair hökmdarı Xeyrəddin Barabaros öz istəyi ilə ölkəsinin Osmanlıya birləşməsi tələbilə İstanbula elçi göndərib. Digər tərəfdən bu gün Əlcazairdə türk dilini bilən insanların sayı çox azdır. Bununla belə Əlcəzairdə fransız dilində danışan insanların sayı çoxluq təşkil edir.

İşğalın ən böyük göstəricisi, şübhəsiz işğalçının öz dilini müstəmləkə torpağında yaymağıdır. Digər tərəfdən, 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürülüb. Təsadüfi deyil ki, Əlcəzair bu gün həm də "1,5 milyon şəhid ölkəsi" adlandırılır.

Prinsip etibarilə Fransanın Əlcəzairdə bu qədər insanı öldürməsi əslində səbəbsiz deyildi. Çünki fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Rəsmi Paris başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə Əlcəzairi Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir. E.Makron, hətta Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına alıb Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə edildiyini iddia edib.

Turan Rzayev: “Fransa nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırım törətməkdə ittiham edir”.

Makronun 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması elan edilib. Lakin Fransanın bununla vaxt uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirilən ittihamları “tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı aydındır. Çünki bu günə qədər proses icra edilməyib.

Digər bir maraqlı nüans isə tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırım törətməkdə ittiham edir.

Nəticə etibarilə Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ən çox oxunanalar