Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elina ilə bağlı aksiya keçirildi - Fotolar

Bu gün Bakı Apellyasiya Məhkəməsinin qarşısında gənc fəallar Elina Hacıyevanın ölümünün ədalətsiz araşdırılmasına etiraz ediblər...

Elina Hacıyevanın intiharında günahlandırılan 162 saylı məktəbin direktoru Sevinc Abbasova məhkəmədən çıxarkən fəallar onu “Qatil” şüarı ilə qarşılayıblar. Onlar həmçinin “Elina susdu, sən susma” şüarı ilə bullyingə (təklənmə sindromu) məruz qalan məktəblilərə çağırış ediblər. Aksiya zamanı heç bir insident qeydə alınmayıb.

Fəallardan Sanay Yağmur bildirib ki, aksiyanın məqsədi işin ədalətli araşdırılmasına nail olmaqdır. “Bu hadisədə təkcə Sevinc Abbasova yox, icra başçısının müavini Xalidə Bayramova günahkardır. Lakin onların hər ikisi azadlıqdadır. Bu da məhkəmənin ədalətsizliyindən irəli gəlir”, -deyə Sanay Yağmur əlavə edib.

Rəbiyyə Məmmədova isə bildirib ki, məhkəmənin ədalətli qərar qəbul etməsinə çalışacaqlar. “Ədalətli qərar qəbul edilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, 162 saylı məktəbin şagirdi Elina Hacıyeva 4 aprel 2019-cu ildə özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Nəticədə Elina çoxsaylı ağır xəsarətlər alıb. Məktəbin rəhbərliyi dərhal tibbi yardım çağırmaq əvəzinə Səbayelin icra başçısının müavini Xalidə Bayramovaya zəng vurub. Xalidə Bayramova gəldikdən sonra Sevinc Abbasovla birgə Elinanı ikincinin kabinetində sorğu-suala çəkiblər. “İstintaq” lentə alınıb. İddialara görə, məqsəd Elina Hacıyevanin intiharının motivini dəyişmək olub. Elina Hacıyevaya vaxtında tibbi yardım göstərilməməsi onun komaya düşməsinə daha sonra isə dünyasını dəyişməsinə səbəb olub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü intihar həddinə çatdırma) cinayət işi başlanıb. Məktəbin direktoru Sevinc Abbasova, eləcə də müavini Lalə Məhərrəmova və psixoloq Könül Ağayeva işdən çıxarılıb.

Aprelin 15-də Sevinc Abbasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bir gün sonra Səbail rayon Məhkəməsinin qərarı ilə Sevinc Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Oktyabrın 24-də Sevinc Abbasovaya 2 il 2 ay və 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib. Bundan başqa, Sevinc Abbasova Elinanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə kompensasiya ödəməlidir. Zərərçəkənlər məhkəmənin qərarını ədalətsiz hesab edərək apellyasiya şikayəti veriblər.

pia.az


Etiket: Elina aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar