Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədovun dönəmində ölkədə korrupsiya və monopoliya azalıb?

Azərbaycan iqtisadiyyatının inkişafını tormozlayan əsas amillər arasında inhisarçılıq, korrupsiya, biznesə və bazara məmur müdaxiləsi, həmçinin kölgə iqtisadiyyat birinci sırada gəlir. Bu açıq problemlər uzun illər idi ki, Azərbaycanda əsas gündəm məsələlərdən biridir...

İqtisadçı-ekspert: “Sərvətinin dəyəri milyardlarla ölçülən kiçik əhali təbəqəsi ilə gündəlik çörək pulu üçün çalışan əksəriyyət əhalinin qazancı arasında fantastik fərq ölkədə gəlir bölgüsünün nə dərəcədə ədalətsiz olduğunu gözlər önünə sərir”.

“Pandemiya vəziyyətindən sui-istifadə edən işbazlar istehsal etdikləri və ya satdıqları məhsulların qiymətlərini mütəmadi artırırlar. İnhisarçılıq inflyasiyaya səbəb olan ən başlıca amildir. Bu cür inflyasiyanın yaranmasında əsas faktor bazarlara aktiv nəzarətin və ya sağlam rəqabətin olmamasıdır”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova dünən baş nazir Əli Əsədovun şişirdilmiş qiymətlərlə bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünə Milli Məclisdə hökümətin hesabatında baş nazir bildirib ki, qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.

Həmçinin baş nazir deyib ki, dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. “Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi Prezidentin bütün tapşırıqlarının vaxtında və tam icrasını təmin edəcək. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir”.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının inkişafını tormozlayan əsas amillər arasında inhisarçılıq, korrupsiya, biznesə və bazara məmur müdaxiləsi, həmçinin kölgə iqtisadiyyat birinci sırada gəlir. Bu açıq problemlər uzun illər idi ki, Azərbaycanda əsas gündəm məsələlərdən biri olmaqla yanaşı, hələ də Azərbaycan iqtisadiyyatının inkişafı qarşısında əsas əngəllərdən hesab olunur.

Xatırladaq ki, son bir ildə korrupsiya ittihamı ilə çox saylı yüksək çinli məmurlar həbs olunub. Bu həbslər Azərbaycanda korrupsiyanın, inhisarçılığın və kölgə iqtisadiyyatın, ən əsası isə iqtisadiyyata oliqarx-məmur müdaxiləsini azaldıbmı? Ümumiyyətlə Əli Əsədovun baş nazirliyi dönəmində Azərbaycan iqtisadiyyatında əsas dəyişən faktorlar hansılardır və demək olarmı ki, hazırkı kabinetin dönəmində korrupsiya və monopoliya, o cümlədən kölgə iqtisadiyyatı azalıb?

Vüsalə Əhmədova: “Hazırda ölkədəki inflyasiya səviyyəsi Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən dəfələrlə yüksəkdir”.

İnflyasiya ilə mücadilədə hər şeydən öncə maliyyə və gəlir siyasətinin doğru seçilməli, ən başlıcası dövlət satınalmaları, transfer xərcləri və cari xərclərin azaldılmalı, sərbəst rəqabətə şəraitin yaradılmalı olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, inflyasiya ədalətli gəlir bölgüsünü pozur, kasıbların daha da kasıblaşmasına, varlıların isə daha da varlanmasına yol açır:

“Obyektiv yanaşsaq hazırda ölkədəki inflyasiya səviyyəsi Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən dəfələrlə yüksəkdir. İnflyasiyanın mənfi nəticəsi isə ölkədə ümumi rifah səviyyəsinin enməsi deməkdir. Çünki, qiymətlər qalxır, gəlirlər isə olduğu səviyyədə qalır və hətta azalır. Rifah səviyyəsini yüksəltmək üçün isə dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Bu isə ən çox aşağı və orta gəlirli vətəndaşların vəziyyətinə mənfi təsir göstərir.

Monopolistlər isə əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməklə rahat pul qazanmağa üstünlük verirlər. Belə olan halda, kasıb əhali daha da yoxsullaşarkən, varlılar daha da zənginləşir. Cəmiyyətdə gəlir bölgüsü pozulur və ədalətsizlik hökm sürür. Ölkədə əhali gəlirlərinin faktiki bölgüsünün onların bərabər bölgüsündən kənarlaşma dərəcəsi (Gini əmsalı) 1-ə bərabərdir. Bu da cəmiyyətin təbəqələşməsinin əsas göstəricisidir.

İnflyasiya ilə mübarizədə hər şeydən öncə maliyyə və gəlir siyasəti doğru seçilməli, ən başlıcası dövlət satınalmaları, transfer xərcləri və cari xərclər azaldılmalı, sərbəst rəqabətə şərait yaradılmalıdır. Azərbaycan iqtisadiyyatının ana problemləri arasında yer alan bu problemlər ortadan qalxmadığı halda, yeni baş nazir Əli Əsədovun dönəmində korrupsiya və monopolyanın azaldığını necə deyə bilərik? Korrupsiya ilə məşğul olan məmurların və ya ölkədə monopolya yaradan şəxslərin kütləvi həbsinin şahidi olduqmu? Sərvətinin dəyəri milyardlarla ölçülən kiçik əhali təbəqəsi ilə gündəlik çörək pulu üçün çalışan əksəriyyət əhalinin qazancı arasında fantastik fərq ölkədə gəlir bölgüsünün nə dərəcədə ədalətsiz olduğunu gözlər önünə sərir”.

Vüsalə Əhmədova: “Ölkədə baş verən bahalaşmanı nəzərə alsaq bu birbaşa əhalinin həyat səviyyəsinin pisləşməsi deməkdir”.

Əhalinin gəlirlərinin azalmasının səbəblərindən də danışan iqtisadçı qeyd edib ki, ölkədə sərt karantin rejimi və müxtəlif məhdudiyyətlər tətbiq edildiyi üçün əhalinin böyük əksəriyyəti iş yerlərini itirmiş vəziyyətdədir, ictimai-iaşə obyektləri hələ də tam həcmdə fəaliyyət göstərmir:

“Əhalinin gəlirlərinin formalaşma mənbələrinə nəzər yetirsək bunlar: əmək haqları, sosial ödənişlər, dövlət büdcə və qeyri-büdcə fondları hesabına ödənilən gəlirlər (yəni, pensiyalar, müavinətlər, təqaüdlər və s.) və vətəndaşların mülkiyyətindən əldə olunan gəlirlərdir (yəni, icarə haqları, şəxsi həyətyanı təsərrüfatlardan əldə olunan gəlirlər və s. bu kimi). Bu ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 4 milyard 11,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,3 % azdır. Yanvar-fevral ayları üzrə isə əhalinin nominal gəlirləri 7 milyard 979,9 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 4,2 % aşağıdır.

Bu hələ, vergi və rüsumlar ödənmədən, əmtəə və xidmətlərin qiymətlərinin dəyişməsindən asılı olmayaraq pul gəlirlərinin səviyyəsini xarakterizə edir. Vergi və rüsumlar ödəndikdən sonra yerdə qalır netto-gəlirlər. Əhalinin netto-gəlirlərə ala biləcəkləri istehlak məhsulları və pullu xidmətlərin miqdarı isə sərəncamda olan real gəlirlər sayılır ki, bu da istehlak mallarının qiymətlərinin artması və xidmət tariflərinin yüksəlməsi ilə əlaqədar azalır.

Vüsalə Əhmədova: “Bu cür inflyasiyanın yaranmasında əsas faktor bazarlara aktiv nəzarətin və ya sağlam rəqabətin olmamasıdır”.

Ölkədə baş verən bahalaşmanı nəzərə alsaq bu birbaşa əhalinin həyat səviyyəsinin pisləşməsi deməkdir. Əyər il ərzində əksər növ qida və qeyri-qida məhsullarının, tütün məmulatlarının, benzinin qiymətində yüksəlmə, kommunal və beynəlxalq sərnişindaşıma xidmətlərində qiymət artımı müşahidə olunmuşsa, bunu qiymətlərin ümumi səviyyəsində artım kimi dəyərləndirə bilərik.

Bir ildən artıqdır ki, ölkədə sərt karantin rejimi və müxtəlif məhdudiyyətlər tətbiq edilir. Əhalinin böyük əksəriyyəti iş yerlərini itirmiş vəziyyətdədir, ictimai-iaşə obyektləri hələ də tam həcmdə fəaliyyət göstərmir. Digər tərəfdən də, pandemiya vəziyyətindən sui-istifadə edən işbazlar istehsal etdikləri və ya satdıqları məhsulların qiymətlərini mütəmadi artırırlar. İnhisarçılıq inflyasiyaya səbəb olan ən başlıca amildir. Bu cür inflyasiyanın yaranmasında əsas faktor bazarlara aktiv nəzarətin və ya sağlam rəqabətin olmamasıdır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azalıb.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar