Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: "Separatçıların getməsi Qarabağ erməniləri üçün yeni imkanlar açır"

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News” radiosuna müsahibə verib...

Azərbaycanın məqsədi Qarabağda separatizmi yatırmaq və mahiyyət etibarilə sakinləri girov saxlayan qanunsuz separatçı rejimi aradan qaldırmaq idi, artıq onlar üçün yeni imkanlar açılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News” radiosuna müsahibəsində bildirib.

Nümunə kimi E.Əmirbəyov Bakının Qarabağa un və digər məhsulların göndərilməsi zamanı baş verən son hadisələri göstərib:

"Məhz bu hərbi xunta onları yalnız siyasi motivlərlə qəbul etməkdən imtina edib. Separatçı rejim rəsmən ləğv olunduğunu elan etdiyinə görə, hesab edirəm ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisini tamam başqa gələcək gözləyir. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya edə, həyat şəraitini yaxşılaşdıra bilərlər, çünki bizim təmin etdiyimiz bütün hüquqlardan istifadə etmək imkanı əldə edirlər”, - Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin getməsi onların şəxsi və könüllü qərarıdır. O vurğulayıb ki, Azərbaycan heç vaxt Qarabağın erməni əhalisini getməyə məcbur etməyi qarşısına məqsəd qoymayıb:

"Düşünürəm ki, onların seçimi var. Azərbaycan hakimiyyətinin son 4-5 gündə davamlı olaraq hər cür humanitar yardım, ilkin tələbat malları, dərmanlar, yanğınsöndürən və təcili yardım maşınları çatdırmaqla məşğul olduğuna baxın. Artıq biz bunu yaratmışıq. Bir-iki günə elektrik enerjisi, qaz veriləcək. Ölkənin Xarici İşlər Nazirliyi erməniləri yaşayış yerlərini tərk etməməyə, Azərbaycanın bir hissəsi olmağa çağırıb”, - deyə səfir əlavə edib. Bakı onların getmək istəyinin qarşısını ala bilməz. Çünki bu, onların girov saxlanması ilə bağlı ittihamlarla nəticələnəcək. Biz onları sözlə deyil, əməllə inandırmaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq”.

E.Əmirbəyov əlavə edib ki, Qarabağ erməniləri gələcəkdə Azərbaycana qayıtmaq hüququnu özündə saxlayır və yenə də fikirlərini dəyişib geri qayıda bilərlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay