Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Zöhrəvəndin Azərbaycana qarşı küstahlığı... - Bu Tehranın mövqeyi ola bilərmi?

İranın xarici işlər nazirinin sabiq müavini bildirib ki, Azərbaycan adlı bir dövlət yoxdur və biz əslində iran azəriləriyik...

Siyasi-şərhçi: “Hazırkı dövrdə belə bir bəyanatların səs yazısının yayılması, İranın bunu açıq şəkildə bəyan etməsə də, dolayı yolla bəyan etməsi deməkdir. Qapalı müzakirələrdə, konfranslarda da İran belə fikirləri səsləndirir”.

“Əgər İran Azərbaycan münasibətlərini təhlil edib, onları korlamaq istəyən dairələri müəyyən etmək istəyirsə, ilk növbədə öz daxilinə bir nəzər yetirsin”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov İranın Azərbaycana qarşı sürdüyü ərazi iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Türkiyənin “Sabah” qəzeti İranın xarici işlər nazirinin sabiq müavini, Ali dini lider Əli Xameneyinin müşaviri və rəhbərə yaxınlığı ilə seçilən Əbülfəz Zöhrəvəndin səs yazısını yayıb. Həmin səs yazısında erməniləri alqışlayan Zöhrəvənd bildirir ki, Azərbaycan adlı bir dövlət yoxdur və biz əslində iran azəriləriyik. Naxçıvanın İrana birləşdirilməsini vacib sayan dini liderin müşaviri son nəticədə Azərbaycanın da İrana birləşdirilməsinin vacibliyini qeyd edib. Zöhrəvəndə görə Azərbaycan dövlətinin varlığı İran üçün çox böyük təhlükədir.

Zöhrəvəndi həmçinin bildirib ki, Aşağı Qarabağa ( FüzuliCəbrayıl rayonlarına) azərbaycanklılar qayıtsalar da, gərək o ərazilərdə hakimiyyət Yeravana məxsus olsun. Daha sonra isə fars şovinisti küstahlığını daha da artıraraq azərbaycanlıları təhqir edib: “Bu zatı xarab (torke bədzad) türklər heç şiəliyə də biz istəyən kimi bağlı deyillər”, deyə Xameneyinin müşaviri bildirib.

Qeyd edək ki, hazırda Xameneyinin 13 siyasi müşaviri var və Əbülfəz Zöhrəvənd onlardan biridir.

Zöhrəvəndin sayıqlamalarını Günaz.tv-də şərh edən Əhməd Obalı isə bildirib ki, Əbülfəz Zöhrəvəndin bu çıxışı ictimai rəyə çıxmamalı idi. Dostları ilə danışırmış, səs qeydi gizlicə aparılıb və daha sonra Türkiyədə ortaya çıxıb.

Əhməd Obalı qeyd edib ki, İbrahim Rəisi prezident olandan sonra hakimiyyət demək olar ki, “Qüds qrupu”nun əlinə keçib və Əbülfəz Zöhrəvəndin dedikləri əslində İran rəsmilərinin mövqeyidir. Obalı hesab edir ki, Zöhrəvəndin çıxışı əslində İranı tanımaq üçün azərbaycanlılara yaxşı bir fürsətdir.

Əhməd Obalının fikrincə şovinist “Qüds qrupu” hakimiyyəti ələ keçirdikdən sonra Tehranın Azərbaycanla bağlı narahatlığı çox artıb və bu hər addımda hiss olunur:

İran ideoloqları deyir ki, ya bu millət farslaşmalıdır, ya da buradan çıxıb getməlidir. Sərhədlərin pozulmasından narahatdırlar. 28 il idi ki, sərhədlər pozulmuşdu. İran buna etiraz edirdimi? Təbii ki yox. Əbülfəz Zöhrəvənd açıq deyir ki, Türkiyə ilə Azərbaycanın quru əlaqələrinin açıqlmasına razı olmamalıyıq”.

Xatırladaq ki, İbrahim Rəisi prezident seçildikdən həmən sonra İranla Azərbaycan arasında vəziyyət həddindən artıq gərginləşmişdi, hətta SEPAH Araz sahilinə böyük bir ordu yığaraq orda təlimlərə başlamışdı. Ermənilər bunu böyük sevinc hissi ilə qarşılamışdılar. Lakin Azərbaycanın müttəfiqlərinin reaksiyasını gördükdən sonra Tehran “odla oynamaqdan” vaz keçdi və ordusunu Araz sahilindən geri çəkdi.

İranın sayılan diplomatlarından biri olan və hazırda da Xameneyinin aparatında çalışan Zöhrəvəndin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsini necə dəyərləndirmək olar? Bu fikirləri ümumilikdə Tehranın mövqeyi ola bilərmi və Azərbaycanın cavabı nə olmalıdır?

İran rəsmisinin Azərbaycana qarşı olan növbəti küstahlığını PİA.az-ın əməkdaşı siyasi-şərhçi, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “İran tərəfi necə, “Bizim sevgili Azərbaycanımız”, deyirsə, bundan sonra Azərbaycan tərəfi də, “Bizim sevdiyimiz Təbriz, Ərdəbil, Urmiyadır” deməlidir”.

İran tərəfindən belə fikirlərin olmasını çox ziyanlı hesab edən ekspert PİA.az-a bildirib ki, belə fikirlər İran-Azərbaycan münasibətlərinə böyük zərbələr yetirir:

“Belə fikirlər İranda hər zaman olub. Yəni İranda Azərbaycanla bağlı eqzistensional (İranın mövcudiyyətinə bir təhdid kimi) fikirləri qələmə verən dairələr hər zaman olub. Sadəcə olaraq bu dairələri hakimiyyətdə təmsil olunma dərəcəsindən, İran-Azərbaycan münasibətlərinin pisləşməsi və yaxud yaxşılaşması ilə əlaqələndirmək mümkündür. Misal üçün Mahmud Əhmədinejad, Əli Əkbər Haşimi Rəfsəncani dövründə və hal-hazırkı dövrdə bu dairələrin təsiri kifayət qədər güclü idi.

Ruhani dövründə isə tamamilə fərqli idi. Ruhani dövründə belə düşüncə sahibləri siyasi arenada marginallaşdırılmışdır. Ruhani hakimiyyətində daha çox praqmatik münasibətlər, praqmatik istiqamətdə inkişaf üstünlük təşkil edirdi. Məhz bu dövrdə Azərbaycan-İran münasibətləri ən yüksək zirvəyə çatmışdı.

Fərhad Məmmədov: “Azərbaycanla İranın münasibətlərinin pozulmasında üçüncü dövlətin olmasını deyənlər, bilsinlər ki, İranın da daxilində bu münasibətləri pozmaq üçün kifayət qədər güclər mövcuddur”.

Hazırkı dövrdə belə bir bəyanatların səs yazısının yayılması, İranın bunu açıq şəkildə bəyan etməsə də dolayı yolla bəyan etməsi deməkdir. Qapalı müzakirələrdə, konfranslarda da İran belə fikirləri səsləndirir.

Bu fikirlər də çox ziyanlı fikirlərdir. Belə fikirlər İran-Azərbaycan münasibətlərinə böyük zərbələr yetirir. Azərbaycanla İranın münasibətlərinin pozulmasında üçüncü dövlətin olmasını deyənlər, bilsinlər ki, İranın da daxilində bu münasibətləri pozmaq üçün kifayət qədər güclər mövcuddur. Əgər İran Azərbaycan münasibətlərini təhlil edib, onları korlamaq istəyən dairələri müəyyən etmək istəyirsə, ilk növbədə öz daxilinə bir nəzər yetirsin.

Onu da qeyd edim ki, İran tərəfi hər zaman Azərbaycanla bağlı fikir bildirəndə belə bir ifadə səsləndirirlər: “Bizim sevgili Azərbaycanımız”. Mən deyərdim ki, Azərbaycan tərəfi də artıq belə ifadələrdən istifadə etməlidir. Yəni biz də “Bizim sevdiyimiz Təbriz, Ərdəbil, Urmiya deməliyik”. Bu ifadənin ikibaşlı olması necə İran tərəfindən istifadə edilirsə, artıq biz də həmin cür istifadə etməliyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar