Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya ABŞ-Çin müharibəsinin astanasında -Tayvan Ukraynadan daha böyük təhlükədir…

Putinin Ukraynada uğur qazanması Pekini Tayvana hücum etməyə həvəsləndirə bilər…

Conatan Saksti (Jonathan Saxty)
“Daily Express”, Böyük Britaniya, 31 may 2022-ci il

Hərbi analitiklər xəbərdarlıq edirlər ki, Ukraynanın şərqində vəziyyət dəyişib və yenidən qruplaşdırılan Rusiya ordusu Kiyevə ikinci dəfə hücum edə bilər. Rusiyanın “kağız pələng” olması ilə bağlı söz-söhbətlərə baxmayaraq, əvvəldən də məlum idi ki, Moskvanın hərbi qüdrəti Ukraynadan bir neçə dəfə üstündür. ABŞ-ın Vyetnam və Əfqanıstanda verdiyi itkiləri xatırlayarsaq, bu göstərici Rusiyanın qalib gələcəyinə dəlalət eləməsə də, Rusiya hələ də dünyanın ən böyük dövlətlərindən biri olaraq qalmaqdadır və bunu nəzərə almamaq ciddi səhv olardı.

Hələ ki, Rusiya ordusunun Ukraynanın şərqində hücumları davam edir və hər gün ən azından 100 Ukrayna əsgəri cəbhədə həlak olur. Pekin isə Ukraynadakı vəziyyəti diqqətlə izləməkdədir.

Çinin Kommunist Partiyası materikdən 160 km uzaqlıqda olan və çinlilərin yaşadığı demokratik Tayvan adasını öz nəzarətinə götürməyi çoxdan qarşısına məqsəd qoyub. Ukraynada müharibə başlayandan sonra isə Çinin dövlət mətbuatı Rusiyanın haqlı olması ilə bağlı təbliğat aparmaqdadır və və bu təbliğat Rusiyanın qalib gələcəyini proqnozlaşdırır. Yəqin ki, təkcə bu fakt Çin millətçilərinin və digər ictimai təşkilatların Pekinin Tayvana hücumunu əsaslandırması və təbliğ etməsi üçün yetərlidir.

Rusiyanın Ukraynada uğur əldə edəcəyi halda isə Çin Kommunist Partiyasının Tayvana hansısa formada müdaxilə etməməsi partiya üçün ciddi nüfuz itkisi olacaq ki, ÇKP bunu gözə ala bilməz.

Ötən həftə isə prezident Co Bayden bildirib ki, Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ Çinlə müharibəyə başlamağa hazırdır. Bu bəyanatına görə ABŞ liderini hər nə qədər tənqid etsələr də, Bayden bu məsələdə haqlıdır. Hər bir halda ABŞ üçün Tayvan müharibəsindən kənarda qalmaq Ukrayna müharibəsindən kənarda qalmaqdan qat-qat çətin məsələdir. Çünki Tayvan Yaponiya adalarının da daxil olduğu “ilk adalar zəncirinə” daxildir və bu “zəncir” əslində Çinin Sakit okeanda hökmranlığının qarşısını alan əsas maneədir.

Əgər Tayvan itirilsə, bu Çinin regionda həddindən artıq güclənməsinə səbəb olacaq ki, bu da ABŞ-ın regiondan çıxarılması ilə nəticələnəcək. Bundan başqa Tayvanın itirilməsi ABŞ-ın dəniz nəqliyyatı vasitəsi ilə azad ticarətin təminatçısı olmasını kifayət qədər zəiflədəcək. Məhz bu təminta isə ABŞ dollarının ehtiyat valyuta olmasını təmin edir. Belə olan halda, nəticə ABŞ-ın geosyasi və iqtisadi nüfuzuna ağır zərbə vuracaq.

Bildiyimiz kimi, Qərb Ukraynanı silahla təmin edir və bu təminat Ukraynanın quru yolları vasitəsi ilə həyata keçirilir. Lakin Tayvan adadır və Çin Xalq Azadlıq Ordusu (ÇXAO) bu adanı tez bir zamanda blokadaya alarsa, Tayvanın müdafiəsi üçün silah təminatında çox böyük problemlər yaranacaq.

Əlbəttə ki, Tayvana hücum etmək heç də asan məsələ deyil. 160 km enində olan Tayvan boğazı hər yeydə olmasa da, çətin keçilən bir yerdir. Buna görə də hücum üçün böyük qüvvəyə ehtiyac var. Ancaq 2 milyonluq hərbi qüvvəyə, 500 min ehtiyat qüvvəyə sahib olan Çin Xalq Azadlıq Ordusu bu hücumu həyata keçirə bilər. Təbii ki, Ukraynada olduğu kimi, Tayvan ətrafında da Çin ordusunun toplanması peyk görüntüləri vasitəsi ilə əvvəlcədən aşkar ediləcək. Ancaq ABŞ və müttəfiqlərinə də hazırlıq üçün vaxt lazımdır.

Bəlkə də Ukrayna hadisələrini fərqli edən Avropa Birliyinin və NATO-nun münaqişəyə ABŞ-ın iştirakı olmadan müdaxilə etməyə hazır olmamalarıdır. Ancaq ABŞ vaxtında Tayvan məsələsinə müdaxilə eləməsə, onda Hindistan, Yaponiya, və Cənubi Koreya Çinin təhdidləri qarşısında bu münaqişədən nə qədər kənar qala biləcəklər? Hindistanın belə bir qorxusu var ki, Tayvana hücum etməyə cəsarət edən Çin onun ərazilərinə də hücum edə bilər. Hazırda isə iki ölkə arasında mütamadi olaraq sərhdə toqquşmaları baş verir. Dünya bazarının ən böyük ixracatçılarından olan Yaponiya və Cənubi Koreya isə dəniz yollarının Çinin nəzarətinə keçməsi ilə barışa bilməzlər. Buna baxmayaraq hər üç ölkənin ABŞ-ın bu məsələdə qətiyyəti ilə bağlı şübhələri var.

Putinin Ukraynada qələbə çalması fonunda Çinin Tayvan problemini öz xeyrinə həll etməkdən çəkinməsi ÇKP rəhbərliyinin simasını itirməklə nəticələnə bilər ki, Pekin də bütün dünyanın gözü qarşısında Baydenin təhdidlərindən qorxan bir ölkə olaraq görünmək istəməz. Buna görə də Tayvan münaqişəsinin daha böyük bir hərbi qarşıdurmaya çevrilməsi riski çox böyükdür.

Bunu Çin Kommunist Partiyasının rəhbərlərinin də çox yaxşı anlamasını Pekinin Avstraliya yaxınlığında Süleyman adaları ilə bağladığı saziş də göstərir. Eyni sazişin Pekinin Havay adaları yaxınlığında yerləşən Kiribati dövləti ilə bağlanmasının isə müzakirələri aparılır.

Ona görə də, Rusiyanın Ukraynadakı uğurları Şərqi Asiyada gərginliyin tempraturunun həddindən artıq artması ilə müşahidə oluna bilər…

Tərcümə PİA.az-a aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay