Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Vergi Xidməti vətəndaşlara müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməməyə çağırıb...

"Report"un məlumatına görə, qurum bəyan edib ki, adına təsis edilmiş müəssisələrin təsis sənədlərini və yaxud vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), həmçinin elektron imzasını başqa şəxslərə verənlər vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olur və bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyət daşıyacaq.

"Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatındakı bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatları həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik", - deyə müraciətdə qeyd olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar