Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət sabiq baş nazirdən itən xalat, başmaq, yemək və içkinin pulunu tələb edir...

İngiltərənin keçmiş baş naziri Liz Trassdan dövlətə məxsus malikanədən istifadə edərkən itirdiyi xalat, başmaq, istehlak etdiyi yemək və içki üçün pul tələb edilib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Liz Trass 15 sentyabr 2021-ci ildən 6 sentyabr 2022-ci ilə qədər xarici işlər naziri, 6 sentyabr - 25 oktyabr 2022-ci il tarixləri arasında isə 45 gün baş nazir vəzifəsində çalışıb. Hökumət böhranı zamanı istefa verən 47 yaşlı siyasətçi Britaniya tarixinə ən qısa müddətli baş nazir kimi düşüb.

Liz Trass indi başqa bir məsələ ilə gündəmə gəlib. Sabiq baş nazirə keçən yay xarici işlər naziri olarkən istifadə etdiyi dövlətə məxsus Çevening malikanəsində itən əşyalar üçün 12 min funt-sterlinq (təxminən 25 600 AZN) faktura göndərildiyi açıqlanıb.

Fakturada köşkdəki xalat və başmaqların itdiyi, həminin keçmiş baş nazir və müavinlərinin istehlak etdiyi yemək və içkilərin də pulunun yer aldığı bildirilib. Qeyd edilib ki, hakimiyyət Liz Trassa xərclərin dövlət işləri ilə bağlı olmadığını, partiyasının siyasi fəaliyyəti ilə bağlı olduğu deyilib.

Mənbə deyir ki, “Liz Trass Çheveningdən baş nazirlik binası kimi istifadə edib və tez-tez ziyafətə çevrilən axşamlar yaxın ətrafı ilə görüşlər keçirib. Bu müddət ərzində malikanədə olan dəsmal, xalat və başmaq kimi əşyalar itib. Ona görə də Liz Trassdan xərcləri ödəməyi tələb etdilər".

Sabiq baş nazirin sözçüsü buna etiraz etdiklərini və bildirib.

Bundan başqa The Guardian qəzeti dekabr ayında həmin ziyafətlərdən sonra Çeveningdə narkotik izlərinin tapıldığını iddia etmişdi. Liz Trass da bunun doğru olmadığını bildirmişdi.

Dövlət tərəfindən idarə olunan bağ evi olan Çevening əmlakı ənənəvi olaraq xarici işlər nazirləri tərəfindən istifadə olunur və orada qaldıqları müddətdə şəxsi xərclərini özləti ödəyirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Ərdoğan: Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar

Ən çox oxunanalar