Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komissiyası: 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb

"Bu günə qədər 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb".

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, bioloji nümunələrin toplanması respublikamızın bütün rayonlarını tam əhatə edib: “Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq bu iş bir müddət dayanmışdı. İtkinlərin axtarışı ilə bağlı vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq, Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin ötən il verdiyi tapşırığa əsasən, BQXK ilə bu işin davam etdirilməsinə qərar verildi. Hazırda bu iş qərb rayonlarında davam etdirilir. Plana uyğun olaraq, prosesin cari ilin payızına kimi başa çatdırılması nəzərdə tutulur. Bu günə olan məlumata görə, 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb. Cari il ərzində təxminən 2696 bioloji nümunənin götürülməsi nəzərdə tutulur”.

İşçi qrupunun rəhbəri nəzərə çatdırıb ki, hazırda tapılmış və gələcəkdə işğaldan azad edilmiş ərazilərdə tapılacaq meyit qalıqlarının eyniləşdirilməsi üçün bioloji nümunələrin toplanması vacib addım idi: “Əgər bu gün əlimizdə bu bioloji nümunələr olmasaydı, çox çətin vəziyyət yaranardı. Zaman keçdiyi üçün itkin ailələrinin müəyyən hissəsinin artıq həyatda olmadığını, başqa ölkələrə köçdüyünü nəzərə alsaq, bioloji nümunələrin götürülməsi ilə bağlı atılmış addım Dövlət Komissiyasının prosesə hazır olmasına yardım edib. Müharibənin acı reallıqlarına baxmayaraq, Dövlət Komissiyası bu prosesdə mümkün nəticənin əldə olunmasına çalışacaq”.

İsmayıl Axundov əlavə edib ki, DNT profillərinin çıxarılması üçün ilkin olaraq 82 itkin ailəsindən götürülmüş 220 bioloji nümunə DİN Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib: “Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasından verilən məlumata görə, 220 bioloji nümunənin hər biridən 100 % nəticə əldə edilib. Yəni götürülmüş bionümunələr eyniləşdirilmə prosesinin aparılması üçün yararlıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar