Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN Bakı, Sumqayıt və Balakəndə əməliyyatlar keçirib, silahlı şəxslər tutulub - Video

DİN məlumat yayıb...

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Poliqon.info-ya verilən xəbərə görə, tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat –istintaq tədbirləri davam etdirilir.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar