Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun”

“Tik-Tok” gələcək nəslin məhvinə yönəlib...

Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib.

Deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlib.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə zidd olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 %-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək”,- deputat əlavə edib.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar