Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Boltonun yerinə 10 namizədin adı açıqlanıb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə namizədliyi irəli sürülən 10 nəfərin adı açıqlanıb...

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, namizədlərdən biri Brayn Hukdur. O, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsidir. Huk bu yaxınlarda prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə birlikdə Yaxın Şərqdə səfərdə olub. Ona Ağ Evdə yaxşı münasibət göstərildiyi bildirilir.

Digər namizəd Rikki Uoddell ABŞ ordusunun ehtiyatda olan general-mayorudur. O, 2017-2018-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifəsində çalışıb.

ABŞ prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan da bu posta namizəddir.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin milli təhlükəsizlik üzrə müşaviri Kitt Kelloq və Mik Malvaninin qərargahının keçmiş rəisi Rob Blerin də adları namizədlər arasında hallanır.

ABŞ-ın Almaniyada səfiri Riçard Qrenella və Niderlanddakı səfiri Pit Hukstrın da adı namizədlər siyahısındadır.

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor və prezidentin keçmiş müşaviri Con Boltonun qərargahının keçmiş rəisi Frederika Fleys, istefada olan general, Donald Trampın milli təhlükəsizlik üzrə qeyri-rəsmi müşaviri olmuş Cek Kin də namizədlər arasındadır.

Qeyd edək ki, sentyabrın 10-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay