Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində yeniyetmələrə internet yasağı gəlir…

Çində yeniyetmələrə gündə 2 saat smartfonlarda internetdən istifadə etməyə icazə verməyi təklif edilib…

Çində internetdən istifadəyə nəzarət edən tənzimləyici orqan 18 yaşdan kiçik istifadəçilərin mobil cihazlarda internetdən istifadə müddətini gündə iki saatla məhdudlaşdırmağı təklif edib.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumatında bildiriir. Xəbərdə qeyd edilir ki, Çin Xalq Respublikasının İnternet İnformasiyası üzrə Dövlət İdarəsi yetkinlik yaşına çatmayanların mobil cihazlarda əksər xidmətlərdən saat 22:00-dan 6:00-dək istifadəsini qadağan edən, 16-18 yaşlı yeniyetmələrin isə mobil cihazlarda istifadəsinə icazə veriləcək qayda layihəsini dərc edib.

Təklif olunan qaydalarda 8-15 yaşlı uşaqlara internetdə gündə bir saatdan, səkkiz yaşından aşağı olanlara isə cəmi 40 dəqiqə vaxt ayırmağa icazə verilməsi nəzərdə tutulur.

Beləliklə, Çin tənzimləyicisi bu yolla gənclərin smartfon və internetdən asılılığının artmasının qarşısını almaq istəyir.

“Yeni qaydalar təsdiqlənərsə, bu, Çinin ən böyük onlayn oyun şirkəti Tencent və TikTok versiyası olan Douyin kimi Çin internet şirkətlərinə daha bir zərbə olacaq”, deyə AP qeyd edir.

Təhsil məzmununu yayan bəzi onlayn xidmətlər qaydalara riayət etməkdən azad ediləcək. Tənzimləyici hansı İnternet xidmətləri üçün istisna olunacağını dəqiqləşdirməyib.

AP xatırladır ki, 2019-cu ildə Pekin uşaqlara gündə 90 dəqiqədən çox olmayan onlayn oyun oynamağa icazə verib. 2021-ci ildə qəbul edilən qaydaya əsasən isə uşaqlar cümə, həftə sonları və rəsmi bayramlarda cəmi bir saat internettdə ola bilərlər.


Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar