Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ChatGPT yarandı, Google qorxuya düşdü - Yeni axtarış sistemi yaradılır...

Google axtarış sistemini generativ süni intellektə əsaslanan xüsusiyyətlərlə təkminləşdirməyə çalışır...

Bundan əlavə, şirkət tamamilə yeni axtarış sistemi üzərində işləyir. Onunla ünsiyyət daha çox insanla dialoqa bənzəyəcək.

Poliqon xəvər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Məlumata görə, Google əməkdaşları martın əvvəlində Samsung-un öz cihazlarında defolt axtarış sistemi kimi Google-u Microsoft-un Bing-inə dəyişməyi planlaşdırdığını biləndə şoka düşüblər.

Reputasiya itkiləri ilə yanaşı, Google da pul itirir: Samsung-la müqavilə ildə şirkətə 3 milyard dollardan çox gəlir gətirir. Şirkət həmçinin Apple-ın onları tezliklə tərk edəcəyindən narahatdır. Apple-la müqavilə isə daha bahadır - illik 10 milyard dollar.

Google 2023-cü ilin əvvəlində ilk ChatGPT xəbərindən sonra süni intellekti axtarışa inteqrasiya etmək üçün xüsusi komanda yaradıb. İndi şirkət səylərinin çoxunu bu istiqamətə yönəldir, lakin bu sahədə liderlikdən uzaqdır.

Yenilənmiş süni intellektə əsaslanan axtarış sisteminin bu ilin may ayında keçiriləcək I/O 2023 konfransında təqdim ediləcəyi və bəzi ABŞ istifadəçiləri üçün ictimai təqdimatın payızda baş tutacağı gözlənilir.

Google chatbot yarışında uduzur

Daxili ChatGPT ilə yenilənmiş "Bing" kimi süni intellekt sürətlə Google-un axtarış biznesi üçün 25 ildə ən böyük təhlükəyə çevrilir. Ən son "Windows 11" yeniləməsilə daxili chatbot ilə yenilənmiş axtarış sistemi birbaşa tapşırıqlar panelinə inteqrasiya edilib.

ChatGPT-ə cavab olaraq Google Bard chatbot-unu təqdim edib. Lakin bu, heç kimi təəccübləndirmədi. Şirkətin süni intellekt sistemi hələ də OpenAI-dən geri qalır və xidmət yalnız məhdud sayda istifadəçilər üçün əlçatandır. Həmçinin ciddi səhvlər edir.

Paralel olaraq İlon Mask başqa bir şirkət - X.AI təsis edib. O, süni intellekt sahəsində inkişaflarla, o cümlədən ChatGPT analoqunun yaradılması ilə məşğul olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar