Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün hüquq və azadlıqlarımız Konstitusiyanın tələbləri əsasında qorunur”

“Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Liderin “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” fikirləri demokratik prinsiplərin dövlətimizin siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirirdi”.

PİA.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  ilk Konstitusiyamızın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir: “Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə ümdə vəzifə olaraq qoydu.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunub: “İnsan hüquq və azadlıqlarının qorunması dövlətimizin siyasətinin əsasını təşkil edir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları öz əksini tapıb.”

“Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin daha da qüdrətlənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur: “Yeniliyə, təkmilləşməyə daha çox maraq göstərən və bunu atdığı addımları ilə təsdiqləyən Azərbaycan dövləti həyata keçirdiyi təkmil islahatlarla dünyanın diqqətindədir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da uğurlu siyasətimizin, həyata keçirilən təkmil islahatların nəticəsidir. Dövlət başçısı İlham Əliyev islahatlar prosesinin qaçılmaz olduğunu bildirir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əhəmiyyətli rol oynayan   qanunlarımız  da dəyişməz hesab edilmir, dövrün, zamanın tələblərinə uyğun təkmilləşir, yeniləşir. Əsas Qanunun təkmilləşməsinə xidmət edən Konstitusiyaya əlavə və dəyişikliklər də davamlılığı ilə diqqət çəkir. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.  Həmin referendumla Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə edir. Dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin  müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir.”

Vüqar Rəhimzadə qeyd edib ki,  2016-cı ildə Konstitusiyamıza edilən əlavə və dəyişikliklər sırasında vitse-prezidentlik institutunun yaradılması xüsusi əhəmiyyət kəsb etdi: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu.”

Azərbaycan demokratik, hüquqi və sivil dövlətdir. Ölkəmizin demokratik təsisatların inkişafı istiqamətində atdığı davamlı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Tarixi günlərdə, bayramlarda əfv sərəmcamlarının imzalanması və amnistiya aktlarının qəbulu dövlətimizin insan amilinə verdiyi dəyərin, humanizm prinsiplərinə sadiqliyinin bariz nünunəsi kimi qeyd edilir. Bütün hüquq və azadlıqlarımız Konstitusiyanın tələbləri əsasında qorunur, müdafiə edilir. Bu gün  qalib Azərbaycanın hər bir vətəndaşından   üzərinə düşən vəzifəni layiqincə yerinə yetimək, Konstitusiyanın tələblərinə əməl etmək tələb olunur”,-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay