Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brayza: “Rusiya və Türkiyə Cənubi Qafqazdakı geosiyasi vakuumu doldurdu”

“Cənubi Qafqaz regionunun geosiyasəti artıq dəyişib. Rusiya və Türkiyə regiondakı diplomatik vakuumu doldurdu”.

Bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

Ermənistan tərəfi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini gündəmdə saxlamağa çalışır. Bu məsələdə onlara Fransa da kömək edir. Ancaq mən bu məsələdə artıq heç bir şans görmürəm. Putin müsahibələrindən birində dedi ki, hələ oktyabr ayında, Qarabağda döyüşlər gedən zaman baş nazir Paşinyanla danışıb və ona Ermənistanın işğal etdiyi əraziləri, o cümlədən də Şuşanı azad edəcəyi təqdirdə Azərbaycanın dayanmağa hazır olduğunu söyləyib. Ancaq Paşinyan bunun olmayacağını və müharibəni davam etdirməyə hazır olduqlarını bildirib”, - Brayza söyləyib.

Sabiq səfirin sözlərinə görə, bölgənin geosiyasəti artıq dəyişib: “Rusiya da istədiyini əldə etdi – onun sülhməramlıları Azərbaycan ərazisindədir. Bundan əlavə, 10 noyabr tarixli birgə bəyanatın son maddəsində bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi göstərilir. Bu da geosiyasi baxımdan müsbət rol oynayacaq. Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi qurulacaq. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri açıla bilər, bu da onların xeyrinə olacaq, çünki regional layihələrə cəlb ediləcəklər”.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar