Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük gəlişmə: Siyasi məhbus siyahılarına yendən baxılacaq

İnsan haqları müdafiəçiləri Əfv Komissiyası ilə işə başlayır

Fevralın 8-də İnsan Haqları Üzrə Birgə İşçi Qrupun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı qrupun həmsədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüblər. Xəbəri Musavat.com-a İşçi Qrupun üzvü insan haqları müdafiəçisi Səidə Qocamanlı verib.

S.Qocamanlının sözlərinə görə, görüşün əsas mövzusu siyasi məhbusların əfvi ilə bağlı olub: “Siyasi məhbus problemi bizi çox narahat edir. Buna görə də Səməd Seyidovla görüş təşəbbüsü irəli sürdük, düşünürəm ki, cəmiyyətimiz üçün faydalı olacaq müzakirələr apara bildik. Yeni il ərəfəsində Azərbaycan hökumətinin bu haqda qərarı olacağını gözləsək də, belə bir fərman verilmədi. Qarşıdan Novruz bayramı gəlir. Azərbaycanda bu bayram ərəfəsində əfv fərmanlarının verilmə praktikası var. Səməd Seyidovla görüşdə əsas sualımız AŞPA-nın aprel sessiyasına qədər belə bir addımın atılıb-atılmayacağı və hazırlıq mərhələsi ilə bağlı idi”.

İnsan haqlarının müdafiəçisinin sözlərinə görə, gündəm siyasi məhbus siyahılarına yenidən baxılmasını da tələb edir: “Siyahı üzərində işimiz davam edir. Səməd Seyidovdan xahiş etdik ki, məsələnin müzakirəsi üçün birgə işçi qrupun toplantısı keçirilsin. Düşünürəm, o, bu məsələni qurumun digər həmsədri prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovla müzakirə etdikdən sonra yaxın günlərdə yığıncaq çağıracaq. Bu yöndə işlərimizi sürətləndirməliyik. Çünki Əfv Komissiyası bu gündən işini bərpa edib, biz onlarla paralel bu məsələni gündəmə gətirib real nəticə üçün çalışmalıyıq”.

Səidə Qocamanlı insan haqları müdafiəçilərinin Novquz bayramı ərəfəsində cəmiyyətin çoxdan gözlədiyi yeni əfv fərmanının imzalanacağına böyük ümid bəslədiklərini bildirib. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay