Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi: İnsanlıq cəhənnəmin qapılarını açıb

BMT-nin Baş katibi Antonio Quterreş iqlim sammitində çıxış edərək iqlim dəyişikliyi ilə mübarizədə irəliləyiş əldə olunmamasını tənqid edib...

Poliqon bu barədə ABC News telekanalına istinadən xəbər verir.

“Burada diqqətimiz iqlim həllərinə yönəlib və vəzifəmiz təcilidir. Bəşəriyyət cəhənnəmin qapılarını açıb. Dəhşətli istilərin dəhşətli nəticələri var. Yanğınlar tüğyan edir. İqlim dəyişikliyi ilə mübarizə problemin miqyası ilə müqayisədə zəifləyir”, deyə Quterreş çıxışı zamanı bildirib.

BMT-nin Baş katibi xəbərdarlıq edib ki, heç nə dəyişməsə, temperatur 2,8 dərəcə yüksələcək və bu, təhlükəli və qeyri-sabit dünyaya gətirib çıxaracaq.

BMT-nin baş katibi vurğulayıb ki, dünya ictimaiyyəti qalıq yanacaqlarından milyardlar qazananların açıq-aydın hərisliyi ucbatından itirilmiş vaxtı kompensasiya etməlidir:

“Təklif olunan İqlim Həmrəyliyi Paktı ən böyük emissiya edənləri - qalıq yanacaqlarından ən çox faydalananları - emissiyaları azaltmaq üçün daha çox iş görməyə, zəngin ölkələri isə bunun üçün inkişaf etməkdə olan iqtisadiyyatları dəstəkləməyə çağırır”.

Baş katib iqlim dəyişikliyi fəallarına və yerli xalqlara, eləcə də qalıq yanacaqları mərhələli şəkildə ləğv etmək üçün mühüm addımlar atan biznes liderlərinə, bələdiyyə sədrlərinə və hökumətlərə diqqət çəkib və təşəkkür edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay