Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Ukraynaya yardımın dayandırılmasına sevinən üç ölkənin adını açıqlayıb

ABŞ Konqresinin Ukraynaya əlavə yardımı təsdiq etməsi Kiyev üçün həyati əhəmiyyət kəsb edir...

Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken deyib.

Dövlət Katibi CNN telekanalına müsahibəsində yardımln 2023-cü ilin sonuna qədər qərar qəbul edilməməsi halında vəziyyətin Ukrayna və İsrail üçün nə vəd edəcəyi sualını cavablandırıb.

"Düşünürəm ki, bu əlavə büdcə tələbi Konqresdə səsə qoyulmasa və təsdiqlənməsə sevinəcək yeganə insanlar Moskvada, Tehranda, Pekində oturublar", deyə Blinken bildirib.

Dövlət Katibi qeyd edib ki, son bir ildə ukraynalılar Rusiyanın təcavüzünün dəf edilməsində əhəmiyyətli irəliləyiş əldə ediblər, lakin cənubda və şərqdə şiddətli döyüşlər davam edir və maliyyə vəsaiti tükənir.

"Yeri gəlmişkən, Ukraynaya verdiyimiz təhlükəsizlik yardımının 9%-i əslində burada - ABŞ-da şirkətlərimizə, istehsalçılarımıza yatırılır. Müttəfiqlərimiz və tərəfdaşlarımızla qeyri-adi yük paylaşmamız da var. Biz son iki ildə çox əhəmiyyətli, təxminən 70 milyard dollar yardım göstərmişik. Avropadan kənardakı avropalı dostlarımız və tərəfdaşlarımız da Ukrayna üçün 110 milyard dollardan çox xərcləyib. Beləliklə, ehtiyacımız olan yükü paylaşırıq", deyə Blinken qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar